Hacı Şahin kolbasaya görə onu ittiham edənlərə CAVAB VERDİ

Hacı Şahin kolbasaya görə onu ittiham edənlərə CAVAB VERDİ"Burada tənqid olunası məqam görmürəm. Bizi müxtəlif şirkətlər məhsullarının hallalığına rəy vermək üçün dəvət edirlər. Biz də yerində məhsulun hazırlanması prosesini izləyirik. Məhsulun halal olub-olmaması ilə bağlı fikrimizi ifadə edirik".
azxeber.com xəbər verir ki, bunu "modern.az"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı hacı Şahin Həsənli kolbasa firmasını reklam etməsi ilə bağlı ittihamlara münasibət bildirərkən deyib.
Tanınmış din xadimi kolbasa şirkətini ziyarət etməsinin reklam olmadığını söyləyib:
"Bu, reklam deyil. Mən ömrüm boyu reklamla məşğul olmamışam. Bundan sonra da belə fikrim yoxdur. Çünki bu fəaliyyət istiqamətimizə ziddir. Qafqaz Müsəlmanlar İdarəsində bu məsələ ilə bağlı komissiya var. Halallığı müəyyən etmək üçün din xadimləri yerlərdə müəssisələri ziyarət edirlər.
Mən də həmin kommisiyanın üzvüyəm. Burada təəccüblü bir şey yoxdur. Dünyanın bütün yerlərində din xadimləri bu məsələ ilə bağlı rəy verir. Təbii ki, məhsulun digər standartlara uyğun olub-olmamasını digər qurumlar müəyyənləşdirir".
Hacı Şahin vurğulayıb ki, məhsul istehsalı ilə məşğul olan şirkətlər onlara etimad göstərdiklərinə görə dəvət edirlər:
"İnsanlar bizə etimad etdiyi üçün müraciət edib, suallar verirlər. Bu, bizim ziyarət etdiyimiz ilk müəssisə deyil. Bundan qabaq da bəzi müəssisələrdə olmuşuq və məhsulların halallığına zəmanət vermişik. Bizim orada çəkiliş aparmaq niyyətimiz olmayıb. Amma müəssisə öz məhsulunun halallığını göstərmək istəyib. Bunun da mənə aidiyyəti yoxdur".
Cəmiyyətdə müxtəlif fikirli insanların olduğunu deyən hacı Şahin onu tənqid edənlərə də cavab verib:
"Təbii ki, cəmiyyətdə müxtəlif fikirli insanlar var. Hər bir insan müəyyən addım atdığı zaman onu bəyənənlər də, bəyənməyənlər də olur. Bəzi insanlar var ki, hər şeyi qaralamağa, tənqid etməyə adət ediblər. İctimai fəaliyyəti olan insanlar yerli-yersiz tənqid olunur. Ancaq insan əsaslı tənqid etməlidir. Bizim fəaliyyətimiz göz önünədir. Yenə deyirəm ki, dünyanın hər yerində din xadimləri məhsulların halallığına zəmanət üçün yerlərdə baxış keçirir. Biz dəvətə təmənnasız icabət edirik".
Qeyd edək ki, tanınmış din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayevin ət məhsulları şirkətini ziyarət etməsi birmənalı qarşılanmayıb. Adları çəkilən şəxslərin şirkətin istehsalı olan kolbasa və sosislərin reklamında iştirakı tənqidlərə tuş gəlib. Sosial şəbəkələrdə çox sayda izləyici tanınmış din xadimlərinin kolbasa və sosis reklamında iştirakını pisləyiblər. Tənqidçilər bildiriblər ki, kolbasa və sosislərin tərkibinə donuz əti və piyi qarışdırılmasa, onu uzun müddət saxlamaq olmaz.

Sosial       Tarix: 04 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne azerbaycan son xeber bugun valyuta mezennesi 2026 xeberler azerbaycan