Hacıbəy Heydərli: '7 fevral növbədənkənar prezident seçkiləri bu baxımdan Azərbaycan tarixində bir ilk olacaq

Hacıbəy Heydərli: '7 fevral növbədənkənar prezident seçkiləri bu baxımdan Azərbaycan tarixində bir ilk olacaqXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli növbədənkənar seçkiləri tarixi hadisə adlandırıb:
Düşünürəm ki, 7 fevral növbədənkənar seçkiləri Azərbaycan tarixinin ən önəmli seçkiləri olacaq. Çünki Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək. Prezident seçkiləri, ilk dəfədir ki, müstəqil Azərbaycanın bütün ərazilərində, kənd və şəhərlərində keçiriləcək. 
Hacıbəy Heydərli deyib ki, Azərbaycan son 5 ildə tarixi zəfərlər qazanıb:
Prezident İlham Əliyev 2018-ci il inaqurasiya çıxışı zamanı bəyan etmişdi ki, Azərbaycan öz ərazilərində qorndarma rejimin olması ilə, torpaqlarımızım işğal altında qalması ilə barışmayacaq.
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi, 2023-cü ildə lokal antiterror əməliyyatları nəticəsində isə ölkənin suverenliyi tam təmin olundu, qondarma rejim gorbagor oldu. Xankəndində hərbi parad keçirildi, Azərbaycan müharibədə tam qalib gələn ölkə kimi adını tarixə yazdırdı. 
Azərbaycan tarixi zəfər qazanmaqla yanaşı dünyada baş verən proseslərdə də aparıcı rola malik olduğunu sübut etdi. Koronavirus pandemiyası zamanı Prezident İlham Əliyev dünya lideri kimi proseslərin önündə idi. Bununla yanaşı istər Rusiya - Ukrayna müharibəsində, istər İsrail - Həmas müharibəsində Azərbaycanın mövqeyi, müstəqil xarici siyasəti dünya ölkələrinə nümunə ola bilər.
Baş redaktor qeyd edib ki, Azərbaycan xalqı 7 fevral günü də düzgün qərar verəcək:
"7 fevral - milli həmrəyliyin daha bir təntənəsi olacaq və bütün dünya buna şahidlik edəcək! Azərbaycan xalqı yenə də inkişafa, sabitliyə, tərəqqiyə səs verəcək".

Siyasi       Tarix: 07 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber sonxabar az kriminal xeberler xəbər