Hafiz Hacıyev icra başçısı olan qohumu barədə: Qələt edib deyir ki, guya kirayədə qalır
Hafiz Hacıyev icra başçısı olan qohumu barədə: Qələt edib deyir ki, guya kirayədə qalır
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qohumu olan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsi ilə bərabər yataqxanada kirayə qalması barədə verdiyi açıqlamasına münasibət bildirib.
Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında deyib ki, Vilyam Hacıyevin yataqxanada kirayə qalması barədə verdiyi açıqlama tamamilə yalandır:
"Mən 10-12 ildir ki, onunla heç bir əlaqə saxlamıram. Çünki o, bədbəxt adamdır. Vilyam Hacıyev ac-yalavac da ölüb gedəcək. Mən onun əmlakları haqqında yayılan siyahıya baxmışam. Doğrusu, o siyahıda da reallıqdan uzaq məqamlar var. Mən düşünmürəm ki, onun bu qədər var-dövləti olsun. Ancaq Vilyam Hacıyevin kirayədə qalması da yalan məlumatdır. O qələt edib deyir ki, guya kirayədə qalır. Bu, ağ yalandır. Hər halda onun yaxşı yaşaması üçün normal şəraitli evi var".
Partiya sədri qeyd edib ki, Vilyam Hacıyev qorxağın biridir:
"Onda elə ağıl yoxdur ki, xarici ölkələrdə bahalı mülkləri olsun. Vilyam Hacıyevdə harada idi elə bacarıq ki, gedib xaricdə mülklər alsın! Bildiyimə görə, onun Gəncədə dədə-baba bir evi var. Vilyam Hacıyev həmin evi təmir etdirib. Bilirsiniz, o bədbəxt və onun-bunun üçün işləyən adamdır. Mən Vilyam Hacıyevin özü üçün yaxşı gün ağlamasına inanmıram". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı