Hakan Fidanın SİRRİ: ŞOK DETALLAR

Hakan Fidanın SİRRİ: ŞOK DETALLARBritaniyanın Middle East Eye (MEE) qəzetinin həmtəsisçisi və baş redaktoru Devid Herst Türkiyənin Rusiya-Ukrayna müharibəsinin hər iki tərəfi arasında oynadığı balanslaşdırıcı və asanlaşdırıcı roluna diqqət çəkib, xarici işlər naziri Hakan Fidan haqqında diqqətçəkən təhlil yazıb.
KONKRET.az xəbər verir ki, Herst "Türkiyənin xarici işlər naziri yeni dünya nizamını necə formalaşdıra bilər?" başlıqlı təhlildə Ukrayna müharibəsinin hərbi fəlakətə çevrildiyinə diqqət çəkib və Türkiyəyə işarə edərək "İndi ətrafdakı xaosun öhdəsindən gələ biləcək bir ölkə var" ifadəsini işlədib.
Müəllif Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəhbəri Hakan Fidanın Xarici İşlər Nazirliyinə təyin edilməsinin uğurlu bir addım olduğunu vurğulayıb:
"Hakan Fidanın sirri özünü təkcə xidmətçi deyil, dövlətin hamisi (qoruyucu -red.) kimi görməsindədir. O, Xarici İşlər Nazirliyinin başına keçməzdən əvvəl MİT-in əlində münaqişə bölgələrinin mühüm dosyeləri var idi. Qurum Ermənistanla son münaqişədə Azərbaycanın qələbəsinə dəstək verdi, Türkiyənin Vaqnerə və Liviyada zərbəçi general Haftara qarşı addımlarını müəyyənləşdirdi. O, Rusiya ilə Ukrayna arasında taxıl sövdələşməsi və əsir mübadiləsi üzrə danışıqlarda əsas rol oynadı".
Herst vurğulayıb ki, NATO bunun fərqində olmasa da, qarşımızda yeni bir dünya nizamı var və 13 ilini Türkiyənin ən kritik qurumlarından birinin başında keçirən Hakan Fidan indi ən çətin vəzifəsi ilə qarşı-qarşıyadır.
Müəllifin sözlərinə görə, dünyanın bloklara bölündüyü bir vaxtda xarici siyasətə səs və forma verə biləcək bir zəkaya ehtiyac var:
"Türkiyənin yeni xarici işlər nazirində bundan daha çoxu var. Digər xarici işlər nazirləri onu və Türkiyəni daha ciddi qəbul etsələr, yaxşı olar".//Musavat

Siyasi       Tarix: 07 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun bugünki xəbərlər en sonxeber metbuat xeberleri