Halal sertifikatlı dərmanlar: Professor bu anlayışın izahını verdi
"Halal" ərəb sözüdür və bu termin artıq xarici dillərə də keçib. Sadəcə olaraq, bunun bir tərcüməsi yoxdur. Ona görə ki, bu, daha çox dini anlayışdır".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O, yeni qaydalara əsasən, ölkəyə gətirilməsi planlaşdırılan halal sertifikatlı dərmanlardan söz açıb.
A. Qeybulla aydınlaşdırıb ki, halalın anlamı icazə verilmiş heyvani və bitki mənşəli məhsulların şəriətə uyğun yolla tədarük edilməsi prosesidir:
"Məsələn, "halal ət" dedikdə kəsilməsinə icazə verilmiş heyvanın dini-şəriət qaydaları ilə tədarük edilməsi anlamına gəlir. "halal dərman" anlayışı bəzi dərman vasitələrinin tərkibində müxtəlif əlavələr və s. mövcudluğuna işarədir. Bu əlavələr heyvan mənşəli ola bilər. Bəzi tibbi tikiş materialları var ki, onlar da heyvani mənşəlidir. Ona görə də, əsas məsələ təkcə dərmanlar yox, eləcə də dərman vasitələrinin insan orqanizmində istifadə olunması zamanı onun şəriətin icazə verdiyi heyvan mənşəli olmasıdır".
A. Qeybulla əlavə edib: "Nəzərə alaq ki, Azərbaycanda dini kəsim çoxluq təşkil edir və insanlarımız halal məhsulların istifadəsini üstün tutur. Odur ki, dərmanlarda da halal işarəsi olacaq. Ərəb və digər müsəlman ölkələrinə idxal olunan dərman preparatlarında bu öz əksini tapır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var