Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi - VİDEO

Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi - VİDEO2020-ci il aprelin 29-da daxil olan məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Qobu qəsəbəsi, "Xoş gəldin" yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Leyla Bəkirovanın meyitini aşkar ediblər.
Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxs qismində qadının həyat yoldaşı Anar Bəkirov dindirilib. O bildirib ki, doğulduğu Ağsu rayonundan Bakı şəhərinə köçüb və əvvəl şadlıq evində xidmətçi işləyib, daha sonra şəxsi iş qurub. 2014-cü ildə sosial şəbəkədə Leyla adlı qızla tanış olub. Telefonda səsini eşidəndə qızın əmisi nəvəsi olduğunu bilib. Bir müddət görüşəndən sonra 2017-ci ildə ailə qurublar və nikahdan qızları dünyaya gəlib. 
Qardaşı Elvin ona Qobu qəsəbəsində həyət evi alıb. Hadisə baş verən tarixədək həmin ünvanda yaşayıblar. 2020-ci ilin əvvəllərində Leyla ona ikinci uşağa hamilə olduğunu deyib. Bu barədə ailə üzvləri və qohumları da bilib. 
Aprelin 29-da, axşam Leylaya başını yumaq üçün su qoymasını tapşırıb. Başını yumaq istəyərkən yoldaşından su tökməsini xahiş etdikdə həyat yoldaşı "hər şeyi mən edirəm, sən heç nə etmirsən" deyib. Həmin vaxt Leyla otaqda qızını ayaqları üzərində yellədərək yatırmaqla məşğul olub. Həyat yoldaşının hərəkətlərindən əsəbiləşərək mətbəxdən götürdüyü bıçaqla onu ürək nahiyəsindən bıçaqlayıb. Bundan sonra etdiyi hərəkətlər barəsində qardaşı Elvinə məlumat verib.
Anar Bəkırov əlavə edib ki, ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr yaranıb. Son vaxtlar narkotik vasitə olan marixuana və metamfetamin qəbul edib. Bu barədə həyat yoldaşı və ailə üzvlərinin məlumatı olub.
Təyin edilən kompleks stasionar məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, Anar Bəkirov cinayət əməlini törədərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmayıb. Onun əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb.
Məhkəmə narkoloji ekspertizasının rəyinə görə, Anar Bəkirovda psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib. 
Bakı Ağır Cinayətlər Məhkəməsi qərara alıb ki, Anar Bəkirov ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin..

Sosial       Tarix: 14 oktyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


azerbaycan xeberleri son xeberler yeni xeberler qarabag krimnal xeber cəbhədən yeni xəbərlər xəbər az