Hansı halda uşaqda temperaturu salmaq olmaz?

Hansı halda uşaqda temperaturu salmaq olmaz?Uşaqda yüksək hərarət valideynlərin narahatlığının əsas səbəbidir. Bir çox ana və atalar müxtəlif üsullardan istifadə edərək onu mümkün qədər tez endirməyə çalışırlar. Lakin bəzi üsullartəkcə səmərəsiz deyil, həm də sağlamlıq üçün təhlükəli ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı pediatr Viktoriya Kostritskaya xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri hərarəti 38-38,5°C-dən aşağı salmağa cəhd etməkdir. Bu hərarət mülayim sayılır və orqanizmə infeksiya ilə mübarizə aparmağa kömək edir. Valideynlər onu lazımsız yerə endirməklə sağalma prosesini yavaşlada və təbii immun cavabı zəiflədə bilərlər.
Digər üsullardan danışarkən mütəxəssis uşağı soyuq su və ya buzla silməməyə çağırıb, çünki bu, dərinin kəskin soyumasına və periferik damarların daralmasına səbəb olur.
"Bu, hərarətin enməsi illüziyasını yaradır, halbuki daxili hərarət artmaqda davam edə bilər. Bu zaman uşaq titrəməyə başlaya bilər ki, bu da istilik istehsalını artırır və vəziyyəti pisləşdirir. Uşağı soyuq vannaya salmaq və ya bütün bədənə soyuq kompres qoymaq şoka və damar spazmına səbəb ola bilər. Bu, həm də ciddi fəsadlar riski yaradır", – deyə mütəxəssis əlavə edib.
O həmçinin spirt və ya sirkə məhlulları ilə silmə kimi metodun təhlükəli olduğuna diqqət çəkib, çünki bu, zəhərlənməyə səbəb ola bilər.
"Spirt buxarları dəri və tənəffüs yolları vasitəsilə tez sorulur ki, bu da xüsusilə kiçik uşaqlar üçün təhlükəlidir. Sirkə də dərinin kimyəvi qıcıqlanmasına və arzuolunmaz reaksiyalara səbəb ola bilər. Uşağı isti yorğan və ya paltara bükməyin – bu, istilik mübadiləsinin pozulmasına səbəb olur. Orqanizm hərarəti səmərəli şəkildə endirə bilmir ki, bu da istilik vurması da daxil olmaqla təhlükəli nəticələrə gətirib çıxara bilər", – deyə mütəxəssis vurğulayıb.
Bundan əlavə, pediatr valideynləri hərarətsalıcı dərmanların tez-tez və nəzarətsiz istifadəsindən çəkindirib. Həkimin sözlərinə görə, xəstəlik zamanı uşağın düzgün su rejimini gözləməsi də vacibdir.
Oxu.az

Sağlamlıq       Tarix: 07 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri xabar az dunyada son xeberler hava haqqinda