Ən faydalı və sağlam ət hansıdır? - Cavab sizi təəccübləndirəcək
Son araşdırmalara görə fərqli ət növlərinin təsiri orqanizmin vəziyyətindən, yemək formasından və hətta porsiyanın ölçüsündən asılı olaraq dəyişir. Toyuq, mal, qoyun və balıq ətləri hər biri özünəməxsus xüsusiyyətləri ilə fərqlənir.
KONKRET.azxəbər verir ki, Yeni Sabah müxtəlif növ ətlərin faydalarını və zərərlərini təqdim edir:
Toyuq əti
Az yağlı, yüksək zülallı və tez həzm olunan bu ət növü idmançılar və arıqlamaq istəyənlər üçün əlverişli sayılır. Lakin mütəxəssislər xəbərdarlıq edir: dərisi ilə birlikdə yeyilən toyuq ətində yağ və xolesterin kəskin artır. Broyler şəraitində yetişdirilən toyuqlarda antibiotik və hormon riskinin olduğu da bildirilib. Bu səbəbdən son dövrlər kənd toyuğu daha çox tövsiyə olunur. Toyuğun sobada və ya buxarda bişmiş versiyası sağlamlıq üçün nisbətən təhlükəsiz hesab edilir.
Mal əti
Həkimlərin fikrincə, mal əti qan azlığı və B12 çatışmazlığı olan insanlar üçün əvəzedilməz mənbədir. Lakin onun yağlı hissələri ürək-damar sistemi üçün riskli ola bilər. Xüsusilə yüksək temperaturda qızardılmış kotlet və kömürləşmiş kababların qara hissələrində kanserogen maddələrin yarandığı qeyd olunur. Son məsləhətlərə görə mal ətinin yağsız hissələrindən ibarət kiçik porsiyalar həftədə 1–2 dəfə yeyilməsi idealdır.
Qoyun əti
Region mətbəxinin sevimlisi olan qoyun əti doyumlu və aromatik olsa da, qidalanma mütəxəssisləri onu "gündəlik yox, bayram yeməyi" kimi təqdim edir. Yağlı quyruq və qabırğa hissələri xolesterini yüksəldə, təzyiqi artıraraq ürək-damar xəstəlikləri üçün potensial təhlükə yarada bilər. Buna baxmayaraq, ağır fiziki iş görən və aktiv həyat tərzi olanlarda qoyun əti enerji mənbəyi kimidir. Həkimlər az yağlı hissələrin seçilməsini və porsiyanın kiçildilməsini məsləhət görürlər.
Balıq əti
Mütəxəssislər balığı son illərin ən faydalı heyvan mənşəli qidası kimi qiymətləndirir. Xüsusilə dəniz balıqlarında (somon, skumbriya, sardina və s.) olan Omeqa-3 yağ turşuları beyin fəaliyyətini gücləndirir, depressiya riskini azaldır və damarların elastikliyini qoruyur. Lakin böyük yırtıcı balıqlarda civə kimi ağır metallar toplanma riski olduğundan daha çox kiçik balıqların seçilməsi tövsiyə olunur. Qızardılmış balığın faydası isə bişirmə üsulundan asılı olaraq kəskin şəkildə azalır.
Ən faydalı ət
Son araşdırmalarda qeyd olunur ki, "ən faydalı ət" anlayışı tək bir nüansla məhdudlaşmır. Yalnız bir ət növünə bağlı qalmadan, müxtəlif protein mənbələrinin həftə ərzində balanslı şəkildə istifadəsi daha yaxşı nəticə verir. Bu səbəbdən dietoloqlar məsləhət görürlər ki, həftə ərzində iki gün toyuq, iki gün balıq, bir gün mal əti yemək lazımdır. Qoyun ətini isə yalnız vaxtaşırı menyuya daxil etmək olar.
Ekspertlərin fikri yekdildir: Sağlamlıq yalnız ətin növündən deyil, onun necə bişirildiyindən də asılıdır. Sobada, buxarda və qaynatma üsulları ürək üçün ən təhlükəsiz seçimlərdir.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb