Hansı sektorlarda qiymət artımı ola bilər? - Ekspert AÇIQLADI

Hansı sektorlarda qiymət artımı ola bilər? - Ekspert AÇIQLADI"Bir çox əsas mal və xidmətlərdə qiymətlər qalxırsa, qısa müddətdə o bütün sahələri əhatə etməlidir. Buna görə də bərbərə "sən ki xammal işlətmirsən, bir qayçı bir daraqdır, niyə qiyməti qaldırırsan?" demək doğru deyil. Balıq tutub satana "sən balıq yemi almamısan axı niyə qiyməti qaldırırsan" demək doğru deyil. Çünki onlar da bu iqtisadi çoxluğun elementləridir. Onların ailəsinin, uşağının xərcləri artmışdır və bu xərcləri ödəmək üçün öz xidmətlərinin qiymətini qaldırmağa məcburdurlar".
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, buna görə də peşəkarlar bu qəbildən olan qiymət artımlarına qarşı çıxmazlar.
"Amma elə qiymət artımları var ki buna qarşı çıxmaq həm peşəkarın, həm də dövlətin borcudur.
Məsələn, internet qiymətləri, mobil xidmətlər və s. Məsələn, yenicə mobil opreatorlardan biri dəqiqəsi 7 qəpik müəyyən edilən bir qiymətin 10 qəpiyə qaldırdığını bildirirlər. Bu 50 faizlik bir artım deməkdir. Bunun adı nədir? Bu bir adi misaldır. Digərlərini siz yaza bilərsiz.
Demək istədiyim odur ki, insanlar daha çox qiymət artırmaqda əlində tilov olanı, qayçı-daraq tutanı, avtobus sürəni, piştaxta arxasında pomidor-xiyar və ya yumurta satanı görür və onları işbaz adlandıraraq, qiymət artımında günahlandırır. Amma vallah, billah, onlar istəsələr də bunu edə bilməzlər.
Ümumiyyətlə, bir sadə reallığı bilmək lazımdır. Əgər bir malın satıcısının və ya bir xidməti göstərənin sayı onlarladırsa, yüzlərlədirsə orda süni qiymət artımından söz gedə bilməz. Amma hansı sahədə ki onların sayı barmaqla sayılacaq qədər bir neçə olur, onda vəziyyət dəyişir".
Ekspert qeyd edib ki, dövlətin işi rəqabət yaratmaq üçün onların sayını artırmaqdır.
"Yenisi yaratmaq mümkün olmadıqda isə mövcudları parçalamaq hesabına bunu etmək olur.
Dünyada yetəri qədər belə təcrübələr vardır. Məsələn, ən məşhur hadisələrdən biri 1911-ci ildə Standard Oil inhisarının parçalanmasıdır. Standard Oil şirkəti John Rockefeller tərəfindən qurulmuşdu və XIX əsrin sonlarınd ABŞ-ın neft bazarının böyük hissəsini ələ keçirmiş və rəqabəti demək olar ki, məhv etmişdi. 1911-ci ildə ABŞ Ali Məhkəməsi şirkətin bazarı zəbt etməsi səbəbilə onu bir neçə daha kiçik şirkətə bölməyə qərar verdi. Nəticədə, Standard Oil bir neçə hissəyə ayrıldı, məsələn, Exxon, Mobil, Chevron və Amoco kimi böyük neft şirkətləri yaranmış oldu və rəqabət başladı".

Sosial       Tarix: 27 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər son xeberler azerbaycan xeber.az son xeberler idman xeberleri