HAQQIN EDAMI: Tehranın QƏTLİAM QƏRARI və ŞİƏLƏRƏ PRAVOSLAV məsləhəti
İran parlamentinin 290 üzvündən 227-si, hakimiyyətə qarşı davam edən etiraz aksiyalarında həbs edilmiş 15000-ə (on beş min) yaxın vətandaşın edam edilməsi ilə bağlı sənədin hazırlanıb İranın məhkəmə orqanlarına təqdim edilməsinin lehinə səs verib.
KONKRET.az xəbər verir ki, molla rejimi bu yolla etirazları yatırmaq istəyir. Sözügedən qərar Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Tehrana səfəri və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüş vaxtına təsadüf edib.
Fars şiəliyi və pravoslav bağı
İranın qriqoryan erməni katolikləri ilə qardaşlığı artıq heç kimə sirr deyil. Son dövrlər özlərini şiəlik, müsəlmanlıq məktəbi kimi təqdim edən farslar rus pravoslavlarla da məhəbbət bağlarını gizlədə bilmirlər. Təkallahlı dinlərin müəyyən mehribançılığı normaldır. Sadəcə, adıçəkilən xristian və müsəlman məzhəbini birləşdirən Yaradan sevgisi deyil. Onların hər birinin ağlında işğal, qaniçənlik, terror, oğurluq, kimlərinsə haqqına girmək və başqa iyrənc xüsusiyyətlərdir. Problem məzhəbdə deyil. Söhbət bir İslam məzhəbini gözdən salan millətdən – farslardan gedir. Onlar İrandakı haqq savaşını edamla boğmaq istəyirlər. Məhz bu səbəbdən Patruşevdən məsləhət alıblar. Etiraz yatırmaq praktikası Rusiyada çoxdur.
XIX əsrdən bu yana elə Azərbaycandakı etirazlarda ruslar onminlərlə insanı qətliamla üz-üzə qoyub, həbs olunanları da edam ediblər. Fars şiəsinə edam fətvasını da Kreml kilsəsi vermiş ola bilər. Molla rejimi bununla İran əhalisinin gözünün odunu almaq, hicabını çıxaranların başını təzdən bağlamaq, iğtişaşları sakitləşdirəndən sonra İrəvan və Moskvanın xeyrinə, Bakının isə ziyanına Cənubi Qafqaz fəallığını artırmaq niyyətindədir.
Bir reallığı da unutmaq lazım deyil ki, İranda edam olunanların çoxu azərbaycanlılardır. Bununla farslar Cənubi Azərbaycandakı azadlıq hərəkatını boğmaq istəyirlər.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü