Havalar isinəndə koronavirus məhv olacaq? - Professordan açıqlama
Dekabr ayında Çindən bütün dünyaya yayılmağa başlayan yeni növ koronavirusa bu vaxta qədər 91 min insan yoluxub. Koronavirus nəticəsində 3000-dən çox insan ölüb. Ölənlərin çoxu Çin və Cənubi Koreyadandır.
Milli.Az xəbər verir ki, ağciyər xəstəlikləri üzrə türkiyəli ekspert, professor Dr. Muhammed Emin Akkoyunlu koronavirusun isti havalarda məhv olacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
"İsti havada koronavirusun yoluxuculuq qabiliyyətinin zəifləyib-zəifləməyəcəyini dəqiq bilmirik, amma buna ümid edirik. Hazırda Avstraliyada havaların isti keçməsinə baxmayaraq virusun mövcudluğu ümidimizi azaldır. Amma yoluxma, əsasən, Çində və başqa soyuq ölkələrdə baş verir.
Koronavirus açıq havada, quru mühitfə 4-5 saat canlı qala bilər. Temperatur, günəş işığı və havadakı nəm bu müddətə ciddi şəkildə təsir edir.
"Qar mikrobları öldürür" və ya ABŞ prezidenti Donald Trampın sonuncu açıqlamasında dediyi "Havalar isinəndə koronavirus məhv olacaq" kimi sözlər məntiqsiz ifadələr deyil. Amma 100 faiz belə olacaq mənasına da gəlmir. Belə ki, hava şəraitinə görə virusların yoluxuculuq qabiliyyəti artır və ya azalır.
Bu teoremə görə qışda qrip olmamalıyıq. Amma əksinə, çoxları qışda xəstələnir. Bunun iki səbəbi var. Birincisi, havalar soyuq olsa da, bizim olduğumuz məkanlar, ev, maşın, iş yeri və sair ərazilərdə temperaturun dərəcəsi yuxarı olur. Bu səbəbdən də qrip olan şəxs asanlıqla ətrafındakıları bu virusa yoluxdura bilir. İkinci səbəb isə soyuq havanın insanın immun sisteminin zəiflətməsidir. Belə ki, immun sistemi zəifləyən şəxs viruslara qarşı müqavimətsiz hala gəlir".
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ