Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq

Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıqHavaların soyuması ilə evlərdə kombilər yenidən işə salınır.Xüsusilə uzun müddət istifadə olunmayan kombilərin qış mövsümündən əvvəlyoxlanılması təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. 
Bir çox vətəndaş kombini heç bir texniki baxışdan keçirmədən birbaşa işə salır. Lakin cihazda yaranmış nasazlıqlar, qaz və tüstü bacalarındaproblemlər, eləcə də düzgün havalandırmanın olmaması ciddi təhlükələrə səbəbola bilər. 
Bəs kombidən istifadə etməzdən əvvəl hansı təhlükəsizlik tədbirlərigörülməlidir? Texniki baxışdan keçirilməyən kombi hansı risklər yarada bilər? 
Mövzu ilə bağlı azxeber.com-a danışan təhlükəsizlik üzrəekspert Orxan Musayev bildirib ki, qış mövsümündə kombi və digər qazcihazlarından istifadə zamanı tüstü bacalarının vəziyyətinə xüsusi diqqətyetirilməlidir: 
"Yay fəslinin başa çatması ilə havalar soyumağa başlayır.Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobalardan,kombilərdən və digər qaz qurğularından istifadə yenidən gündəlik həyatımızadaxil olur. Amma çox vaxt diqqətdən kənarda qalan və insan həyatı üçün birbaşatəhlükəyə çevrilə bilən məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir. Tüstü bacaları evdə yaranan qaz və tüstünün xaric olunmasınıtəmin edən mühüm sistemdir. Düzgün işləməyən baca isə insan həyatı üçün ciddi təhlükəyarada bilər. Dəm qazı zəhərlənmələrinin və digər faciələrin səbəblərindən biridə məhz tüstü bacalarında yaranan problemlərdir. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazı iləbağlı zəhərlənmə halları baş verir. Bu hadisələrin bir qismi ağır nəticələnir.Baş verən hadisələrin əsas səbəbləri arasında bacaların vaxtında təmizlənməməsi,qaz cihazlarının texniki nasazlığı və havalandırma sistemlərində yarananproblemlər xüsusi yer tutur. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir.Çoxmənzilli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinintexniki vəziyyətinə nəzarət kommunal xidmətlərin və binaları idarə edənqurumların məsuliyyətində olsa da, bu işlər heç də hər zaman lazımi səviyyədə həyatakeçirilmir". 
Ekspert qeyd edib ki, köhnə və uzun müddət təmizlənməyənbacalar xüsusi təhlükə mənbəyinə çevrilə bilər: 
"Problemlərin ən böyüklərindən biri bacaların köhnəlməsidir.Sovet dövründə tikilmiş binalarda və köhnə fərdi evlərdə illərlə təmizlənməyəntüstü bacaları artıq yararsız vəziyyətə düşə bilər. Çatlar, qopmalar, tutulmuşkanallar və digər nasazlıqlar dəm qazının yaşayış sahəsinə daxil olmasına səbəbola bilər. 
Digər problem isə insanların bacalara özlərinin müdaxilə etməsidir.Çox vaxt ev sahibləri bacaları özləri açmağa və təmizləməyə çalışırlar. Lakinbu, təhlükəni aradan qaldırmaya, əksinə, daha da artıra bilər. Çünki düzgün təmizlənməyənvə ya zədələnən baca vasitəsilə qazın və tüstünün evə sızması mümkündür. Bu işlərin ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilməsidaha məqsədəuyğundur. Burada mühüm suallardan biri də budur: tüstü bacalarınıkim təmizləməlidir və insanlar bununla bağlı hara müraciət etməlidirlər? Fərdi evlərdə bacaların saz vəziyyətdə saxlanılması iləbağlı məsuliyyət ev sahibinin üzərinə düşür. Çoxmənzilli binalarda isə bu məsələyəbina üzrə məsul qurumlar və idarəedici strukturlar tərəfindən nəzarət edilməlidir.Lakin real vəziyyətdə vətəndaşların bir qisminin hara müraciət etməli olduğunubilməməsi də problemdir". 
O. Musayevin sözlərinə görə, tüstü bacalarının təmizlənməsiilə bağlı vahid xidmət mexanizminin yaradılması təhlükəsizliyin təminolunmasına kömək edə bilər: 
"Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmətsisteminin yaradılmasına ehtiyac var. Bacaların təmizlənməsi və texnikiyoxlanılması yalnız ixtisaslaşmış xidmətlər tərəfindən həyata keçirilməlidir. Vətəndaş dəqiq bilməlidir ki, tüstü bacası ilə bağlı problemyarananda hara müraciət etməlidir. Belə bir sistem yaradılarsa, həm məsuliyyətdağınıqlığının qarşısı alınar, həm də göstərilən xidmətin keyfiyyətinə nəzarətetmək mümkün olar. Dövlət də bacaların vəziyyətinə daha effektiv nəzarət edəbilər. 
Bu, ölkədə dəm qazı zəhərlənmələrinin qarşısının alınmasıistiqamətində mühüm addımlardan biri ola bilər". 
Ekspert dəm qazı detektorlarının istifadəsinin də təhlükəsizlikbaxımından əhəmiyyətli olduğunu vurğulayıb: 
"Beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazıdetektorlarının da xüsusi əhəmiyyəti var. Dəm qazı detektoru kiçik və sadəcihazdır. Batareya ilə işləyir və təhlükə yarandıqda səs siqnalı verir. Buzaman insan təhlükədən vaxtında xəbər tutaraq lazımi tədbirləri görə bilər. Bir sıra ölkələrdə qaz cihazlarından istifadə olunan yaşayışsahələrində belə detektorların quraşdırılması təhlükəsizlik tədbirlərindən birikimi tətbiq edilir. Təəssüf ki, Azərbaycanda bu cihazlardan istifadə hələ genişyayılmayıb. Halbuki dəm qazı detektorlarının istifadəsi zəhərlənməhallarının vaxtında aşkarlanmasına və insanların təhlükəli vəziyyətdənçıxmasına kömək edə bilər. Bir daha qeyd edim ki, bacaların təmizliyi və təhlükəsizliyisadəcə texniki məsələ deyil. Bu, birbaşa insan həyatı ilə bağlı məsələdir. Həril ölkəmizdə baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bununüçün hər birimiz məsuliyyətli olmalı, qaz cihazlarının, kombilərin və tüstübacalarının vaxtında yoxlanılmasına, texniki baxışdan keçirilməsinə və təhlükəsizlikqaydalarına əməl edilməsinə diqqət yetirməliyik".
Fəridə Əsədzadə

Sosial       Tarix: 06 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputat: 3 oktyabr dövlətçiliyimizin möhkəmlənməsində mühüm mərhələ oldu

"3 oktyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm və taleyüklü günlərdən biridir". Bu sözləri -a açıqlamasında deputat Azər Badamov deyib. . Deputat vurğulayıb ki, müstəqilliyimizin ilk illəri Azərbayca

Süni intellekt üçün hər ay ödəniş etməyə dəyərmi?

ChatGPT, "Gemini" və "Claude" kimi süni intellekt platformalarının ödənişli versiyalarına uzun müddət abunə olmaq istifadəçilər üçün kifayət qədər xərc yarada bilər. Alternativ olaraq açıq mənbəli modellər

Qazın qiyməti ucuzlaşdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. KONKRET.azxəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-y

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda atasına xəsarət yetirən oğul saxlanılıb. " "a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb. İttiham aktına görə, 42 yaşlı Nəcəf Rəhimov gecə saatlarında yaranmış mübahis

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Azərbaycanda subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu prosesi hər il minlərlə gəncin karyera yolunda mühüm addımdır. Lakin təcrübə göstərir ki, hər il kollecə sənəd verənlərin sayında azalm

Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb. Belə ki, mərasim iştirakçılarının 13-ü qidada

Uzun müddət tək qalanlar diqqətli olsunlar

Sosial təcrid və uzunmüddətli tənhalıq yalnız psixoloji vəziyyətə deyil, beynin fəaliyyəti və sinir sisteminə də təsir göstərə bilər. Türkiyə mediası xəbər verir ki, uzman klinik psixoloq Beste Çokavgilin sözlərinə görə

Azərbaycanda dizel bahalaşacaq?

ABŞ Prezidenti Donald Tramp administrasiyanın dizel ixracının dayandırılması və ya məhdudlaşdırılması imkanını ciddi şəkildə araşdırdığını bildirib. Məqsəd daxili bazarda yanacaq çatışmazlığının və qiymət artımının qarşısın

"Bitcoin" 190 min dolları keçə bilər

Hazırda 85 min dollar civarında olan "Bitcoin"in 190 min dolları keçə biləcəyi ilə bağlı yeni ssenari ortaya qoyulub. -a istinadən xəbər verir ki, bu hesablamaya görə, bunun üçün qızılın bir unsiyasının qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler bugunun xeberleri xeber az son xeberler bugun