"Hazırda Rusiya Ermənistanı necə cəzalandıracağı barədə yollar fikirləşir"

"Son günlər  Ermənistan – Rusiya münasibətlərində gərginlik yaranıb. Moskvada keçiriləcək MDB dövlətləri Təhlükəsizlik Şurası rəhbərlərinin  toplantısına Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan getməyəcək.  Bu, Rusiyanın təşəbbüsü ilə toplanan tədbirdir və Ermənistanın oraya getməkdən imtina etməsi müəyyən şübhələr doğurur.  Bundan əvvəl isə Ermənistan KTMT-nın toplantısına qatılmamış, bu təşkilatın hərbi təlimlərində nümayişkaranə iştirak etməmişdi".yy 
KONKRET.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında hazırda Türkiyənin Ərciyəz universitetində çalışan professor Qafar Çaxmaqlı söyləyib.
"Son aylarda Rusiya üçün əhəmiyyət kəsb edən bütün tədbirlərdə Ermənistanın təmsil olunmaması və bir neçə gün əvvəl Maltada Ukraynanın təşəbbüsü ilə keçirilən anti-Rusiya tədbirində  həmin TŞ katibi Armen Qriqoryanın iştirak etməsi Rusiyanı narazı salmışdı və Rusiya XİN  sözcüsü Mariya Zaxarovanın dilindən Ermənistana sərt xəbərdarlıq edilmişdi:
"Biz  bütün bunlara rəsmi İrəvanın anti-Rusiya jesti kimi baxırıq. Həqiqətən də həmin tədbirdə Ermənistanla bağlı heç bir məsələ yox idi və erməni təmsilçinin burada iştirakı da ölkəsində belə, tənqid olunmuşdu. Məsələ burasındadır ki, baş nazir Paşinyan " Ermənistan vektorunu dəyişdirmir" desə də, faktiki olaraq Fransa və Almaniya və  hətta ABŞ-la son zamanlar aparılan danışıqlarda  mövqe dəyişikliyi olduğu görünməkdədir və iqtisadiyyatının böyük bir bölümünün Rusiyaya aid olan bu ölkənin başqalarının əlində vasitə olması, Rusiyaya qarşı Qərbin apardığı siyasətin tərkib hissəsinə çevriləcəyi açıq görünməkdədir.
Rusiya Ermənistanın apardığı siyasətin mahiyyətini yaxşı anlayır və Qərbin vasitəsilə onun Cənubi Qafqazdan çıxarılmasının nəticə verməyəcəyini də bilir. Qalır növbəti addımı atmaq… Hazırda Rusiya Ermənistanı necə cəzalandıracağı barədə yollar fikirləşməkdədir",-deyə şərhçi vurğulayıb.

Siyasi       Tarix: 09 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az xəbər.az ən son xəbərlər cəbhədən ən son xəbərlər