Hazırlıq gedir: Bu ərazilər Azərbaycana təhvil verilir - Abrahamyan
"İki döyüşçümüzü polis bölməsinə aparanda dedilər ki, fəaliyyətiniz qanunsuzdur, sizə vaxt veririk, kəndi tərk edin və bir daha geri qayıtmayın".
KONKRET.az Globalinfo.az-a xəbər verir ki, bunu Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən "Döyüş qardaşlığı" qanunsuz birləşməsinin üzvü Hrant Ter-Abrahamyan "Hraparak"a açıqlamasında deyib.
O, Yuxarı Əskipara daxil olmaqla bir sıra kəndlərin Azərbaycana verilməsi üçün hazırlıq görüldüyünü bildirib:
"Bizə dedilər ki, fəaliyyətiniz qanunsuzdur, o ərazilərdən çıxmaq üçün sizə vaxt veririk. Bizim orada fəaliyyət göstərmək üçün vilayət rəhbərliyi ilə müqaviləmiz var. Lakin Bakı İrəvana orada yerləşdiyimizə görə irad bildirib. Həmin vaxtdan sonra bölgədə bizi narahat etməyə başladılar. Nikol Paşinyan ciddi şəkildə həmin kəndləri Azərbaycana vermək üçün hazırlıq görür. Bizə qarşı münasibət də bunun bir parçasıdır. Mən əminəm ki, bu məsələ artıq Bakı və İrəvan arasında razılaşdırılıb".
H.Abramyan vurğulayıb ki, polislər birlik üzvlərinə həmin ərazilərin Ermənistana məxsus olmadığını deyiblər:
"Digər üzvlərimiz Avetis Avetisyan və Henrik Mkrtçyan Voskepara (Yuxarı Əskipara – red.) daxil olmaq istəyəndə saxlanılıblar. Polis onlara deyib ki, həmin kəndlərə girməsinlər, çünki o ərazilər Ermənistanın deyil. Necə yəni Ermənistanın deyil? Hətta onlar bizimkiləri qorxutmağa çalışıblar. Bu, həmin ərazilərin Azərbaycana veriləcəyinin daha bir sübutudur".

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"