Həbs edilən icra başçısının "Şöhrət" ordeni GERİ ALINACAQ

Həbs edilən icra başçısının "Şöhrət" ordeni GERİ ALINACAQHəbs edilən icra başçısının "Şöhrət" ordeni GERİ ALINACAQ
Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və birinci müavini, YAP-ın yerli təşkilatının sədri Ramiz Tatarovun rüşvətə görə həbs olunması ölkədə əməlli-başlı səs-küy doğurub. Məsələ burasındadır ki, son illər belə yüksək çinli məmurların vəzifədən çıxarılmadan – kabinetlərində həbs olunması hadisəsinə rast gəlinmirdi.
Məlumata görə, hazırda icra başçısı və birinci müavinin ətrafında axtarış və araşdırmalar davam etdirilir.
Qeyd edək ki, həbs olunan hər iki məmur dövlət təltiflərinə sahibdirlər. Belə ki, Nizaməddin Quliyev ictimai-siyasi fəaliyyətdəki xidmətlərinə görə 2 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib.
Ramiz Tatarov isə 22 iyun 2009-cu ildə  "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 18 noyabr 2017-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb.
Maraqlıdır, orden və medallara layiq görülən vəzifəli şəxslər hər hansı xoşagəlməz əməllərinə görə saxlanılırsa, bu təltiflərdən məhrum edilə bilərlərmi?
"Konstitutsiya Araşdırmaları" Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, vəzifəli şəxs belə hallarda mütləq xüsusi addan və rütbədən məhrum edilir:
"Cinayət Məcəlləsinin 48-ci maddəsi var ki, belə hallarda vəzifəli şəxs xüsusi rütbədən, addan, təltiflərdən məhrum edilir. Bu da cəza növlərindən biridir.  Bu zaman vəzifəli şəxs xüsusi rütbədən, mükafatlardan məhrum edilə bilər. Cinayət Məcəlləsinin 48-ci maddəsinin məzmunundan aydın olur ki, məhkəmə həmin cəza növünün tətbiqinin zəruriliyi nəticəsinə gəldikdə, müvafiq orqana təqdimat göndərir. Yalnız bu cəza növü birbaşa məhkəmə hökmü ilə tətbiq edilmir".
Əliməmməd Nuriyevin sözlərinə görə, təsadüfi deyil ki, son vaxtlar ölkə prezidenti yüksək ranqlı məmurları, o cümlədən icra başçılarını vəzifəyə təyin edərkən, onları ayrı-ayrılıqda qəbul edib xüsusi tapşırıqlar verir, xəbərdarlıq edir:
"İctimai vəsaitlərdən qənaətlə və təyinatına uyğun olaraq istifadə etmək lazımdır. Yerli sahibkarları incitmək, onlardan əlavə vəsait tələb etmək olmaz. Bunlar çox mühüm tapşırıqlardı. Tutduğu vəzifəsindən, işindən asılı olmayaraq, əgər kimdənsə hansısa məlumatlar gələcəksə, onlar çox sərt cəzalandırılacaqlar.
Bu xəbərdarlıqlar həm mövcud,  həm də yeni təyin olunan vəzifəli şəxslərə aiddir.  Bəzi məmurlar prezidentin onların qarşısında qoyduğu vəzifələri geniş miqyasda doğrultmaq, onlara tapşırılmış vəzifəni ləyaqətlə yerinə yetirmək əvəzinə, tutduğu postun imkanlarından öz maraqlarını və şəxsi varlanmasını təmin etmək üçün sui-istifdə edir. Belə insanları ciddi cəzalandırmaq lazımdır. Ən ağır cəzaların verilməsi əhəmiyyətli faktor ola bilər". /oxu.az

Sosial       Tarix: 19 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun bu gunun xeberleri haqqinda melumat sou xeberler bugun gunun xeberleri