Həbsdə olan sabiq idarə rəisi: "Beş ildə 20 milyon manatı Nəcməddin Sadıkova şəxsən vermişəm

Həbsdə olan sabiq idarə rəisi: Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.
Prokuror Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin tərtib etdiyi ittiham aktının nəticə hissəsini elan edib.
İttihama görə, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisinin tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manat mənimsədə təqsirləndirilir. Belə ki, Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi kimi çalışdığı müddətdə nazirlik tərəfindən alınan ərzaq və təchizatları dəyərindən artıq qiymətə alaraq həmin artıq olan məbləği nağd şəkildə şirkət nümayəndələr alaraq mənimsəyib.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
İttihama münasibət bildirən Məlikməmməd Qurbanov özünü qismən təqsirli bilib.
O qeyd edib ki, hərbi qulluqçu olduğu üçün ona verilən tapşırıqları icra edib və dövlətə vurduğu ziyanı tam ödəyib.
Təqsirləndirilən şəxs sərbəst ifadə vermək istəmədiyini bildirərək suallara cavab verəcəyini deyib.
Məlikməmməd Qurbanov deyib ki, idarə rəisi kimi vəzifəsi nazirlik və hərbi hissələrdən gələn sifarişləri vaxtı-vaxtında və keyfiyyətli təmin etmək olub.
Müxtəlif epizodlar üzrə suallara cavab verən sabiq idarə rəisi bildirib ki, ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsalar da, hamısı bir şəxsə məxsus olub:
"Həmin şəxsin adını çəkməyəcəyəm. Lakin onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyin tapşırığı ilə həyata keçib. Bütün sahələr üzrə alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdlaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində şirkətlərdən 20 milyon manat nağdlaşdıraraq hissə-hissə mənə verilib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə aparıb vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manat rəhbərliyin tapşırığı ilə dünyasını dəyişmiş maddi-texniki təminat üzrə nazir müavini Fuad Məmmədova, 800 min manatı isə Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədova vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib. Ərzaqdan başqa, abadlıq işləri ilə bağlı digər şirkətlə, avtomobillərin ehtiyat hissələri ilə bağlı ayrı şirkətlərlə əməkdaşlıq etmişik. Onlarda da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdlaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə vermişəm. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat verilib. Həmin pulu da istintaqda dəymiş zərər kimi ödəmişəm".
Vəkilin "rəhbərlik deyəndə kimi nəzərdə tutursunuz" sualına cavab verən polkovnik bildirib ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırıqlarını icra edib:
"Bütün alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıkova vermişəm. Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Düzdür, şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə, mən işlərin icrasını həyata keçirmişəm".
Daha sonra prosesdə şahid qismində Ziyafət Həsənov ifadə verib. Məlum olub ki, uzun illər Müdafiə Nazirliyinin Tibb xidmətində çalışan Ziyafət Həsənov polkovnik-leytenant kimi ehtiyata buraxılıb. Bundan sonra isə o, nazirliyin Satınalmalar və Təchizat İdarəsində dövlət qulluqçusu kimi məsləhətçi-mühasib vəzifəsində çalışıb.
Şahid, satınalmalarla bağlı heç bir prosesdən xəbəri olmadığını, qarşısına gətirilən sənədlərə qol çəkdiyini bildirib.
Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

Sosial       Tarix: 15 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər son xabarlar krminal bu gun xeberler