Həbsxana həyatı yaşayan azərbaycanlı məşhurlar - SİYAHI

Həbsxana həyatı yaşayan azərbaycanlı məşhurlar - SİYAHIŞou-biznes nümayəndələrinin səhnə həyatı ilə yanaşı şəxsi həyatları da hər zaman insanlar üçün maraqlı olub. Bəlkə də elə ona görədir ki, şou-biznesdə çox zaman sənət yox, məhz şəxsi həyatla gündəmə gəlmək daha asan populyarlıq qazandıran yol kimi görünür. Lakin bu rəngarəng görünən səhnə həyatının arxasında bir çox məşhurların gərçəkdən hansı acılar yaşadığı gizlənir. Məşhur sima olmaqları onlara bəzi uğursuzluqlardan sığortalanmağa zəmin yaratmayıb.
azxeber.com-un bu dəfəki araşdırması məhkumluq həyatı yaşamış tanınmışlarla bağlıdır.
14 il öncə, 2010-cu ildə reper Elşad Xose narkotik vasitələrin qanunsuz istifadəsinə görə polis tərəfindən saxlanılıb. Həbs olunan Xose bir müddət həbs həyatı yaşadıqdan sonra azadlığa buraxılıb.
Tanınmış rejissor Aqil M.Quliyev isə tanışının pulunu mənimsəməkdə təqsirli bilinərək istintaqa cəlb olunub. Rejissor Mariana Turabova adlı xanımdan 150 min manat borc pul alıb və qaytarmamasına görə 1il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ildə ən qalmaqallı həbs xəbəri isə tanınmış teleaparıcı İlham Mirzəyevin həbs olunması ilə bağlı idi. Dələduzluqda ittiham olunan Mirzəyev 3 il 6 ay həbs həyatı yaşayıb. 
2015-ci ildə 3 il müddətinə azadlıqdan məhrum edilən müğənni Maral Tahirqızı isə əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri kirayə vermə maddəsi ilə təqsirləndirilib. Cəzasının üçdə iki hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa buraxılıb.
"Avroviziya-2008" mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadənin də bəs həyatı yaşadığını bilirdinizmi? O, 2011-ci ildə dostu Elvin Hüseynovu bıçaqlaması ilə əlaqədar saxlanılaraq həbs olunub. Müğənni az müddət sonra həbsdən azad edilib.
2017-ci ildə Bakıda xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın da həbs həyatı yaşayan qadın müğənnilərdəndir. 5 il cəza almasına baxmayaraq daha sonra onun cəzası 2 ilə endirilib və 2019-cu ilin oktyabr ayında azadlığa buraxılıb.
Sakit təbiətliliyi ilə bilinən müğənni Tunar Rəhmanoğlu isə 2013-cü ildə avtoxuliqanlıq edib və polisin qanunlarına məhəl qoymadığına görə 10 sutka həbs və bir illik sürücülük vəsiqəsindən məhrum edilmə cəzası ilə cəzalandırılıb.
İdmançı, ictimai fəal Kamil Zeynallı da bir neçə dəfə həbs xəbərləri ilə gündəmə gəlib. Kamil Zeynallı tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edildiyindən Füzuli rayon məhkəməsinin qərarı ilə barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.
Müğənni Manaf Ağayev də işğaldan azad edilmiş ərazilərə icazəsiz getdiyinə gör 15 gün həbs edilib.
Bir neçə dəfə həbsxana həyatı yaşayan tanınmış prodüser Təranə Səmədova 2023-cü ilin fevral ayında yenidən həbs edilib. O, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Bu il oxunan hökmə əsasən, Təranə Səmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hal-hazırda həbsdə olan T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.
Musiqi aləmini ən çox sarsıdan hadisə isə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının həbsi oldu. Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir. 
Həbs edilən məşhurlar sırasında dünyasını dəyişmiş simalara da rast gəlmək mümkündür.
Sevilən reper Hüseyn Dərya narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında avtomobil qəzasında dünyasını dəyişib.
Meyxanaçı Bayram Kürdəxanlı da Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. O, 2017-ci ildə avtomobil qəzasında vəfat edib.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 15 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari bugünkü son xəbərlər son xəbərlər azərbaycanda hava durumu