Həftə sonu ictimai iaşələrdə çatdırılma və "takeaway" xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?

Həftə sonu ictimai iaşələrdə çatdırılma və "takeaway" xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?Həftə sonu ictimai iaşələrdə çatdırılma və "takeaway" xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?
Hotellər və Restoranlar Assosiasiyası həftə sonu ictimai iaşə sektoruna çatdırma və "takeaway" xidmətlərinin göstərilməsinə icazə verilməsi haqqında Nazirlər Kabinetinə müraciət ünvanlayıb.
Bu barədə Hotellər və Restoranlar Assosiasiyasının yaydığı məlumatda qeyd olunub. 
Belə ki, noyabrın 24-də Assosiasiyaya daxil olan çox saylı müraciətəri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (sürəti: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub:
"Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 Noyabr, 2020-ci il tarixli, 450 saylı Qərarında göstərildiyi kimi "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında bir sıra dəyişikliklər edilib.
Dəyişikliklərdən biri, Qərarın 2.4. bəndində qeyd edilmiş "2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasıdır".
Həmin Qərarın "Fəaliyyətinə icazə verilən sahələr" adlanan 1 nömrəli Əlavəsinin 5-ci bəndində "fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti" qeyd edilib.
Bildiyimiz kimi ictimai iaşə müəsissələri qeyd edilən sahələrə aiddirlər, bilavasitə qida məhsullarının istehsalı, tədarükü və təchizatı ilə məşqul olurlar. Onu da qeyd etməliyik ki, ictimai iaşə müəsissələri pandemiya dövründə uzun müddət boşdayanmaya məruz qalmış və bir çoxu fəaliyyətlərini tam dayandırmamaq məqsədilə çatdırma və "takeaway" xidmətlərinə keçmiş, yəni yerində xidmət göstərməklə yanaşı, əhaliyə qida məhsullarının tədarükü və təchizatı ilə bilavasitə məşğuldurlar.
Yalnız son iki gün ərzində bir sıra ictimai iaşə müəsissələrindən daxil olan müraciətlər onu göstərir ki, istirahət günləri onlara yerində xidmətin dayandırılması ilə yanaşı, onlayn sifarişlər əsasında çatdırılma və "takeaway" xidmətlərinin göstərilməsinə də qadağa qoyulub.
Müşahidələrimiz onu göstərir ki, "catering" usulu ilə iaşə xidmətləri göstərən, şirniyyat, qəlyanaltı, yarımfabrikat, təndir yeməkləri və digər ərzaq və qida məhsullarının istehsalı və satışı ilə məşğul olan müəsissələr həftə sonu günlərində heç bir məhdudiyyətsiz çalışırlar.
Bunları nəzərə alaraq sual çıxır ki, çatdırma və "takeaway" xidmətləri göstərən ictimai iaşə müəsissələrinə (restoran və kafelər) hansı məntiqlə həftə sonu günlərində fəaliyyət göstərməyə icazə verilmir. Onu da nəzərə alsaq ki, restoran biznesı pandemiya dövründə ən çox zərər çəkmiş sahələr sırasında olmuş, uzun müddət məcburi boşdayanma yaşamış, sonradan yalnız çatdırma xidmətilə fəaliyyət göstərmişdirlər və hal-hazırda çətinliklə biznesı yaşadırlar, onların vəziyyətinin nə qədər ağır olduğu məlum olar.
Bunu da qeyd etmək istərdik ki, ictimai iaşə sahəsində, xüsusilə bu sahənin kiçik və orta biznes seqmentində, təkçə Bakı şəhərində on minlərlə insan çalışır, məvacib alırlar və ailə dolandırırlar. Həftə sonu fəaliyyətlərinin dayandırılması çox saylı ixtisarlara gətirib çıxara bilər və bunun qarşısının alınması xüsusilə önəmli hesab edilir.
Digər tərəfdən restoran və kafelərin fəaliyyətinin həftə sonu tam dayandırılması tədarük olunmuş ərzaq və qida məhsullarının xarab olması, ay ərzində 7-8 gün boşdayanma, bununla yanaşı icarə, kommunal və digər xərclərin ödənilməsində yeni problemlərin yaranması ilə nəticələnə bilər. Bu isə biznesın itkilərə getməsi, bir çox hallarda kiçik və orta biznesın müflüsləşməsi kimi fəsadlara gətirib çıxarır.
Məlum olduğu kimi pandemiya dövründə içtimai iaşə müəsissələrinin işini tənzimləyən bir sıra metodik göstərişlər və xüsusi nəzarət mexanizmları tətbiq ediliblər. Əminliklə demək olar ki, restoranlar, kafelər və digər ictimai iaşə obyektləri, o cümlədən onların müştəriləri metodik göstərişlərin qaydalarına ciddi şəkildə əməl edirlər və bu məsələyə hamı məsuliyyətlə yanaşır.
Qeyd olunanları nəzərə alaraq xahiş edirik ictimai iaşə müəsissələrinin həftə sonu çatdırma və "takeaway" xidmətlərinin göstərilməsinə icazə verilməsi mümkünlüyünə bir daha baxılsın. Müsbət qərarın verilməsi restoran biznesının hazırkı vəziyyətində fəaliyyətinə yardımçı olar, onların çətin günlərdə ayağ üstə qalmalarına, iş yerlərinin saxlanmasına və daimi məvaciblərin verilməsinə, icarə, kommunal və digər cari xərclərin ödənilməsinə böyük köməklik göstərmiş olar. /oxu.az

Sosial       Tarix: 24 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun hava proqnozu son xabarlar son.xeberler