Həkim: Dəniz suyunun, qumun və günəşin verdiyi enerjini heç bir vasitə ilə bərpa etmək olmur

Həkim: Dəniz suyunun, qumun və günəşin verdiyi enerjini heç bir vasitə ilə bərpa etmək olmurBütün dünyada tüğyan edən koronavirus insanların həyat tərzini kökündən dəyişib. Azərbaycanda mart ayından etibarən xüsusi karantin rejimi elan edilib, kiçik bir dövr istisna olunmaqla, vətəndaşlara xüsusi icazə olmadan evdən çıxmaq qadağan olunub.
Bakı şəhəri də daxil olmaqla bəzi şəhərlərdə istirahət mərkəzləri, çimərliklər bağlanıb. Yayda istirahət edə bilməyən bir kütlənin qışda koronavirus infeksiyasına necə müqavimət göstərəcəyi isə sual altındadır.
Mütəxəssislərə görə, insan orqanizmini xəstəliklərdən qoruyan, müqaviməti gücləndirən D vitaminidir. D vitamininin 95 faizini isə insan orqanizmi günəş şüalarından alır.
Bəs bu il vəziyyətimiz necə olacaq? Dənizə, çimərliklərə gedə bilməyən, hətta evdən çıxmağa belə, icazəsi olmayan insanların orqanizmi D vitamini ehtiyacını haradan yığmalıdır.
Həkim-terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, D vitamin çatışmazlığı orqanizmə təsir edir və bir çox xəstəliklərin yaranmasına yol açır: "Hər bir insanda D vitamin çatışmazlığı yaşana bilər. Mütəxəssislərə görə, qapalı məkanlarda işləmək, açıq havada yetərli qədər olmamaq D vitamin çatışmazlığını yaradır. D vitamin çatışmazlığı hər yaşda müşahidə edilir. Və yaşından asılı olaraq müxtəlif əlamətlərlə özünü göstərir".
Xəstəliyin əsas səbəbi isə yetərli qədər günəş şüası ala bilməməkdir.
"D vitamin çatışmazlığı olan şəxslərdə bədənin müxtəlif yerlərində səbəbsiz ağrılar müşahidə edilir. Xəstə özünü halsız hiss edir, müqavimətini saxlamaqda çətinlik çəkir, gəzəndə belə, çətinlik hiss edir. Xəstəlik daha çox sümük ağrıları ilə özünü biruzə verir", - deyə həkim bildirib.
Onun sözlərinə görə, D vitamin çatışmazlığının əsas əlaməti saç tökülməsidir. D vitamin çatışmazlığı insanların ruh halına da təsir edir. Belə ki, bu zaman yuxusuzluq və depressiya müşahidə edilir.
"Oynaqlarda və barmaqlarda ağrı, gözün altının qaralması, həddən artıq tərləmə, hər zaman üşümə hissi və s. D vitamini çatışmazlığnın əlamətlridir" - deyən həkim vurğulayıb ki, D vitamini çatışmazlığı müxtəlif xəstəliklərə yol aça bilər.
Belə ki, əvvəlcə vitamin çatışmazlığı deyib keçdiyimiz əlamətlər sonradan xərçəng, xroniki yorğunluq, diabet, təzyiq, revmatizm və ürək çatışmazlığı xəstəlikləri ilə əvəz edilə bilər. D vitamini çatışmazlığı yaşayan insanlarda paralel olaraq sümük xəstəlikləri də olur.
"D vitamininin ölçülməsi, çatışmadığı təqdirdə müxtəlif üsullarla bərpası mütləqdir. Çünki xərçəngə də daha çox D vitamin çatışmazlığı yaşayan şəxslər tutulur. Orqanizmdə D vitamin çatışmazlığı varsa, xəstə sürətlə arıqlayır. Və heç bir qida, pəhrizlə D vitamini çatışmazlığını bərpa etmək mümkün deyil", - deyə o bildirib.
Mütəxəssis bildirir ki, dərisinin rəngi tünd olan şəxslərdə D vitamini çatışmazlığı xəstəliyi daha az olur.
M.Abbasova bildirib ki, orqanizmin ehtiyacı olduğu D vitamininin 95 faizini günəş şüalarından alır. Qalan 5 faizi isə qidalanma ilə ödəmək mümkündür.
"D vitamini yağı çox olan balıq növlərində, süd və süd məhsullarında, yumurtada, portağal şirəsində, toyuq ciyəri, balıq yağı, taxıl məhsulları, yonca, gicitkən otu və s. qida məhsullarının tərkibində olur",  - deyən mütəxəssis bildirib ki, bu vitaminin çoxluğu da faydalı deyil. Bu zaman orqanizmdə zəhərlənmə meydana gələ bilər.
Bəs yayda qəbul edə bilmədiyimiz D vitaminini necə bərpa edəcəyik?
Həkim bildirib ki, D vitamini üçün ancaq günəş şüaları önəmlidir: "Bacardığınız qədər həyətdə, balkonda, harada imkan tapdınızsa günəş vannası qəbul edin. Bütün xəstəliklərdən qorunmaq üçün insan orqanizminin D vitamininə ehtiyacı var. Parklar bağlı deyil, bir neçə saatlıq icazəni gəzməyə sərf etmək olar. Dənizkənarı parkda gəzmək olar. Yəni sağlamlığının qayğısına qalmaq istəyən adam bir yol tapa bilər. Dəniz suyunun, qumun və günəşin verdiyi enerjini heç bir vasitə ilə bərpa etmək olmur. Bu səbəbdən də çalışın vaxtınızın çoxunu açıq havada keçirin, qidalanmanıza fikir verin".
D vitamini çatışmazlığı insanın xəstəliklərə qarşı müqavimətini azaldır. Qarşıda isə bizi koronavirusdan əlavə payız və qışın mövsümi xəstəlikləri gözləyir...
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 31 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər en yeni xeberler kriminal xeber sou xeberler