Həkim-psixiatr zəlzələ ilə bağlı valideynlərə ÇAĞIRIŞ ETDİ

Həkim-psixiatr zəlzələ ilə bağlı valideynlərə ÇAĞIRIŞ ETDİ"Bəzən bilmədən uşaqlar üçün ciddi travmalar yaşadıla bilər. Təbii fəlakətlər, eləcə də zəlzələ zamanı uşaqlarda təşviş, həyəcan, travma sonrası stress pozuntusu, depressiya kimi psixiatrik xəstəliklər yaşana bilər. Bu baxımdan valideynlər diqqətli olmalı, mümkün qədər uşaqlarda təşviş yaratmamalıdırlar".
KONKRET.azxəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 22 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Çilənay Xəlilova deyib.
Onun sözlərinə görə, bu zaman uşaqlarda baş verə biləcək travmalar gündəlik həyatdakı stresdən çox fərqlidir. Bu travmalar gözlənilmədən baş verdiyinə görə, uşaqlar daha çox əziyyət çəkirlər:
"Belə ki, xəstəlik özünü əhvali-ruhiyyənin enməsi, kefsizlik, yuxu pozuntusu, iştahada dəyişiklik, əzizlərini itirmək qorxusu ilə özünü göstərir. Azyaşlı uşaqlarda valideynlərindən ayrı yatmaq, evdə tək qalmaq, heç yerə getmək istəməmə, qaranlıq mühitlərdən qaçma kimi qorxular baş qaldırır.
Ümumiyyətlə, zəlzələ qorxusunun yaranması üçün zəlzələ olması lazım deyil. Məsələn, zəlzələ şəklinə və ya başqa səbəblərdən kiçik yer silkələnməsinə baxdıqları zaman belə uşaqlarda güclü emosional reaksiyalar ola bilər".
Ç.Xəlilova zəlzələ qorxusundan (seymofobiya) uşaqlarda narahatlıq, daimi sayıqlıq, baş gicəllənməsi, titrəmə, ürək döyüntüsü, tərləmə kimi əlamətlərin də müşahidə edildiyini nəzərə çatdırdı:
"Təbii ki, bu əlamətlər müxtəlif yaş qruplarında olan uşaqlarda müxtəlif şəkildə büruzə verir. 6 yaşından kiçik uşaqlar ölüm anlayışını tam dərk etmədikləri üçün hadisənin fərqində olmurlar. Bəzi uşaqlar zəlzələ zamanı şok vəziyyətində olub donub qalır, hisslərini basdırır, bəziləri isə ağlayıb, qışqıraraq reaksiya verirlər.
6 yaşından böyük uşaqlarda travma sonrası (posttravmatik) stress pozuntusu daha çox rast gəlinir. Yaşadığı evin dağılması, valideynini itirmək, oxuduğu məktəbin artıq olmaması ciddi şəkildə depressiyaya gətirib çıxara bilər.
Ümumiyyətlə, məktəbəqədər yaş qrupunda olan uşaqlardan fərqli olaraq məktəb yaşlı uşaqlar hadisələri dərk etmək yetkinliyinə sahibdir. Onlarda, həmçinin məktəb və dostlarından ayrılmaq qorxusu çox güclü ola bilər".
Həkim-psixiatr bu məqamda ailənin verdiyi reaksiyanın böyük əhəmiyyət kəsb etdiyini də vurğuladı:
"Valideynlər övladına zəlzələnin təbii fəlakət olduğunu və bu zaman nələr etməli olduğunu açıq-aydın şəkildə izah etməlidir. Fəlakətin xoşagəlməz nəticələrindən bəhs edən televiziya verilişlərindən uşaqları uzaq tutmaq məqsədəuyğundur. Uşaqlar valideynlərinin danışığına və davranışlarına qulaq asmadıqları kimi görünsələr də, əslində bütün hadisələri təfərrüatlı şəkildə içlərində saxlayırlar".
Mütəxəssis uşaqlarda yuxarıda sadalanan halların uzun müddət davam etdiyi təqdirdə həkim-psixiatra müraciət etməyi tövsiyə edir.
Bəzən siz özünüz də bilmədən uşaqlar üçün ciddi travmalar yaşada bilərsiniz. Unutmayın ki, onlar valideynlərindən, böyük insanlardan dəfələrlə həssasdır. Ona görə də istənilən təhlükəli situasiyalarda onların psixoloji durumunu nəzərə alın!".

Sağlamlıq       Tarix: 04 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər son xabar bugünkü son xəbərlər xeber az