Həkim uşaqlarda qidalanma pozğunluğunun səbəblərini açıqlayıb - FOTO
Həkim uşaqlarda qidalanma pozğunluğunun səbəblərini açıqlayıb - FOTO
"Qida vərdişləri uşaqlarda hələ körpəlikdən formalaşır. Buna valideynlərin onlar üçün seçdiyi qida təsir edir".
Bu barədə rusiyalı nutrisioloq və tibbi psixoloq İrina Mansurova uşaqlarda qidalanma pozğunluğunun səbəbləri barədə danışarkən bildirib.
O qeyd edib ki, uşaqların qidalanmasının təşkilinə yanlış yanaşma onların qida davranışına mənfi təsir göstərə bilər və hətta qidalanma pozğunluqlarına səbəb ola bilər.
Belə ki, körpəlikdə, xüsusilə də həddən artıq qorumağa meyilli olan narahat analar, uşağı əmizdirərək sakitləşdirməyə çalışırlar.
"Qışqıran kimi ona yemək təklif edirlər və bu da hər gün təkrarlanır. Belə hallarda uşaqda qidalanma rejimi olmur. Onda şüur altı səviyyədə stressli vəziyyətləri "yeyib ötüşdürmək" vərdişi formalaşır" – deyə, nutrisioloq bildirib.
Bundan əlavə, valideynlər uşaqları şirniyyatlarla həvəsləndirməməli və mükafatlandırmamalıdırlar. Mansurovanın sözlərinə görə, bu həmçinin qida vərdişlərini təhrif edir. Daha sonra belə insanlar sakitləşmək, emosional və psixoloji narahatlığı doldurmaq üçün şirniyyat yeyirlər.
"Bəzi insanlar qidanın köməyi ilə daxili boşluğu dolduraraq, təhlükəsizlik, sevgi və məmnunluq hisslərini yaşamağa, bəziləri isə bu yolla mənfi emosiya və hissləri boğmağa çalışırlar. Problemlər o zaman başlayır ki, insanlar dəstəyi öz daxilində axtarmaq əvəzinə, onu yeməkdə və onunla əlaqəli hər şeydə tapmağa öyrəşirlər" – deyə, nutrisioloq əlavə edib.
Mütəxəssis vurğulayıb ki, qidalanma pozuntularına qalib gəlmək üçün onun əsas səbəbi ilə mübarizə aparmaq, həmçinin daxili psixoloji dəstək yaratmaq lazımdır.
Daha əvvəl psixoloq qeyd edib ki, qidalanma pozğunluqları çəki artımının ən çox rast gəlinən səbəbidir.
Mənbə: İzvestiya / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR