Həkimlərin səhv qoyduğu diaqnozlar - Xəstələr nə etməlidir?

Həkimlərin səhv qoyduğu diaqnozlar - Xəstələr nə etməlidir?Həyatda hər kəs səhv edə bilər. Ancaq elə peşələr var ki, burada yol verilən kiçik səhv belə ağır nəticələrə səbəb ola bilir. Tibb sahəsinə də sözügedən mövzuya aiddir. Bəzən həkimin gözdən qaçırdığı nüans, ya da yalnış təsbit insanın həyatını qaralda, hətta onu sonlandıra bilir. Bu kimi təhlükələrdən yayınmaq üçün nə etməliyik? Yaxud həkimlərin səhv təyin etdiyi diaqnozun kökündə hansı məsələ var?
KONKRET.az xəbər verir ki, bu barədə həkim-radioloq Aydın Əliyev "Yeni Sabah"a danışıb.
Həkim bildirir ki, səhv diaqnoz qoyulan xəstələr ona da rast gəlib:
"Yanlış diaqnozla bağlı hadisələr mənim də qarşıma çıxıb. İstər bölgələrdən, istərsə də paytaxt sakinlərindən bu barədə müraciət edənlər olur. Təəssüflər olsun ki, belə hallarla qarşılaşırıq. Həkim olaraq, hamımızda səhv ola bilər. Təbii ki, heç kəs ideal deyil. Bunu dünyanın hər bir yerində müşahidə etmək mümkündür. Amma burada vacib məqam ondan ibarətdir ki, kobud səhvlərə yol vermək olmaz. Çünki bu bəzən xəstənin həyatı bahasına başa gələ bilər.
Bu problemin əsasında düzgün müayinələrin və yoxlamaların aparılmaması dayanır. Bunun qarşısını almaq üçün KİV vasitəsilə insanlar maarifləndirilməlidir. Həkim müalicə yazmadan əvvəl xəstə ondan öz diaqnozunu soruşub öyrənməlidir. Bu diaqnoz isə xəstəyə sübutla göstərilməlidir. Məsələn, "soyuqdəymə" deyə bir diaqnoz yoxdur. Ya da hər hansısa bir nahiyə ağrayan zaman həkim "sinirin sıxılır" deyirsə, xəstə sual verməlidir ki, bunu sübut edən nədir? Doğrudur, hər kəs bu məsələlərdə o qədər də məlumatlı deyil. Amma bu sualları verdikdə həkim özündə bir məsuliyyət hiss edir. Xəstəliyin hansı üsullarla təsbit edildiyi haqda məlumat almağa pasientin hüququ var".
Həkim ölkə ərazisindəki tibb müəssisələrindəki çatışmazlıqlardan da söz açıb:
"Bu kimi halların yaşanmaması üçün ilk növbədə ölkədə diaqnostik təbabətin inkişafına böyük bir ehtiyac var. Diaqnostik təbabətin əsas hissəsini radiologiya əhatə edir. Bu sahə üzrə institut yoxdur. Lakin radiologiya institunun yaradılması mütləq məsələlərdəndir. Digər bir məsələ ilə ölkə ərazisindəki tibb müəssisələrinin maddi-texniki bazasının zəif olmasıdır. Bu məsələ qaldırılmalıdır. KT, MRT, ultrasəs və digər cihazlar bütün klinikalarda mövcud olsun. Aidiyyatı qurumlar sözügedən problemdən danışan zaman 1-2 məhşur klinikaların adını çəkib, orada həmin cihazların olduğunu nəzərə çatdırırlar. Ancaq bununla kifayətlənmək olmaz".

Sağlamlıq       Tarix: 03 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər son xeberler 2026 son xeber 2026 kriminal xeber