"Hələ də "Vicdan haqqı"nın çörəyini yeyirəm" - Murad İsmayıl
Aktyor və müğənni Murad İsmayıl "Vicdan haqqı" serialı barədə fikirlərini bölüşüb.
azxeber.com xəbər verir ki, aktyor bu barədə də "Pərvizə görə" proqramında danışıb.
O, sözügedən serialı indiyə qədər çəkilən ən baxımlı layihələrdən biri adlandırıb:
"Mən hələ də "Vicdan haqqı"nın çörəyini yeyirəm. Rövşən İsaxa da təşəkkür edirəm. Bilirsən ki, "Vicdan haqqı" bu günə qədər Azərbaycanda çəkilmiş ən çox baxılan seriallardan biridir. Nəinki cavanları, yaşlı aktyorları da tanıtdı, sevdirdi. Mənim tələbəlik illərimə təsadüf etmişdi. Rövşən İsaxdan təklif gəldi, onun böyük rejissor olduğunu bilirdim. Tələbə üçün bundan gözəl təklif ola bilməzdi. Çəkildim, böyük bir komanda, yaxşı aktyorlarla, gözəl ssenari ilə çalışdım.
Seriallarda biz bəzən ssenariyə müdaxilə edirdik, amma burada çox səmimi yazılmışdı, asan idi. Ondan sonra nə qədər seriala çəkilmişəm. Yeganə serialdır ki, onu izləyirdim. İndi o qədər istək-arzum olmur, 5-10 seriyasına ancaq baxıram. Amma "Vicdan haqqı" həyatımı dəyişdi. Efirə dəvət aldım, müğənni kimi çıxış etdim".
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür