"Hələ gec deyil" - Nazir çağırış etdi - YENİLƏNİB
"Koronavirusla bağlı vəziyyət nəzarətdədir".
KONKRET.az xəbər verir ki, bunu jurbalistlərə açıqlamasında TƏBİB sədri Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, ölkədə COVID-19-la bağlı hazırda TƏBİB tabeliyində olan bir modul tipli xəstəxana fəaliyyət göstərir: "Bu xəstəxanada xəstələrin müalicəsi davam etdirilir. Dərman təchizatı əvvəlki qaydada davam edir. Kritik xəstələrimiz yoxdur".
***
Səhiyyə naziri Teymur Musayev də koronavirusla bağlı vəziyyətə münasibət bildirib: "Hazırda ölkədə koronavirusla əlaqəli vəziyyət stabildir".
Nazirin sözlərinə görə, yoluxma sayları da məhduddur: "Bütün aidiyyəti səhiyyə qurumları bu məsələyə ciddi nəzarət edir. Hər hansı şübhəli analizlər laboratoriyaya göndərilir, lazım olanda həmin şəxs xəstəxanaya yerləşdirilir. Bu gün koronavirusla əlaqəli ölkədə heç bir narahatlıq yoxdur".
T.Musayev əlavə edib ki, COVID-19-la bağlı ölkədə yetərincə vaksin ehtiyatı var: "Vaksin edilməyən insanlara da çağırış edirəm ki, peyvənd olunsunlar. Hələ gec deyil, vətəndaş məsuliyyətini dərk etmələrini xahiş edirəm. Ölkədə demək olar ki, vaksinasiya prosesi uğurla başa çatıb. Bunun nəticəsidir ki, hazırda ölkədə pandemiya ilə əlaqəli epidemioloji durum sabit və qənaətbəxşdir".

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var