Helikopter qəzasının şəhid leytenantı - Anasının yetim böyütdüyü Abdullanın acı həyat hekayəsi - VİDEO

Helikopter qəzasının şəhid leytenantı - Anasının yetim böyütdüyü Abdullanın acı həyat hekayəsi - VİDEOXızıdakı "Qaraheybət" aviasiya poliqonunda baş vermiş helikopter qəzasının şəhid hərbçiləri bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qəzada Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub və 2-si yaralanıb.
Şəhid olan 14 hərbçidən biri leytenant Abdulla Telman oğlu Süleymanovdur.
Azxeber.com xəbər verir ki, əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan 22 yaşlı Abdullanın dayısı Səbuhi Zamanov bacısı oğlu haqqında qısa da olsa, "modern.az"a danışıb:
"Abdulla Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirib, 22 yaşı vardı, subay idi. O, Vətən müharibəsində iştirak etmişdi, Zəngilanda və digər rayonlarda gedən döyüşlərdə vuruşmuşdu".
Müsahibimiz deyib ki, şəhid Abdulla Süleymanovun ailəsi 1993-cü ildən Cəbrayıl rayonunu məcburi köçkün kimi tərk edəndən sonra ağır həyat şəraiti sürüblər. Ailə əvvəlcə Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşıb.
Uzun illər yataqxana şəraitində ağır məhrumiyyətlər içində yaşayan Abdulla bütün çətinliklərə rəğmən ali təhsil alıb, həm də çətin sahəni seçib - hərbçi peşəsinə yiyələnib.
Dayısı deyir ki, Abdullanın hərbi sahəni seçməsi səbəbsiz deyildi, doğma rayonu 28 il düşmən tapdağı altında olan bu gənc oğlan torpaqlarımızın azad edilməsini arzulayır, düşməndən qisas almaq üçün alışıb-yanırdı.
"Vətən müharibəsinə də o amalla qatılmışdı. Doğma Cəbrayıl işğaldan azad ediləndə Abdullanın sevincinin həddi-hüdudu yox idi".
Uzun illər Texniki Universitetin yataqxanasında yaşamağa məcbur olan şəhid Abdulla Süleymanovun ailəsi, nəhayət, bir müddət əvvəl Qobu qəsəbəsində salınmış köçkün şəhərciyində mənzillə təmin olunub. Amma Abdulla həmin məzildə doyunca, rahat güzəran sürə bilmədi.
"Abdullagil ailədə 2 qardaş olublar. Onları anaları böyüdüb. Atası uşaqlar balacaykən ailəsini ataraq gedib və sonra dünyasını dəyişib. Bacım o uşaqları yetimliklə, min bir əziyyət çəkərək öz gücü və halal zəhməti sayəsində böyütmüşdü. Biz Abdulla ilə dayı-bala həmişə müxtəlif məsələlərdən söhbət edirdik. Onun o qədər arzuları var idi... Hamısı yarımçıq qaldı".
Şəhidin dayısı söhbəti davam etdirə bilmədi… Bir neçə cəhddə qəhər onu boğduğundan, bizimlə sağollaşmağa məcbur oldu...
Qeyd edək ki, dünənki helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Sosial       Tarix: 01 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az bugünki xəbərlər valyuta məzənnələri cəbhədən son dəqiqə