Həmidə Əliyevaya yüksək vəzifə verildi

Həmidə Əliyevaya yüksək vəzifə verildiElm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
azxeber.com Teleqraf-a istinadən xəbər verir ki, Həmidə Əliyeva 1969-cu ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986–1991-ci illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-2009-cu illərdə isə Azərbaycan Dillər Universitetində "Xarici dil (ingilis dili) müəllimi" ixtisası üzrə ikinci təhsil alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuş, 2001-ci ildə "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən 2002-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2009-cu ildə isə dosent elmi adlarını alıb.
2017-ci ildə "Qərbi Avropa ədəbiyyatında Yaxın Şərq mövzusu (epik poeziya materialları əsasında)" adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 2018-ci ildə AAK tərəfindən Filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
H.Əliyeva ilk pedaqoji fəaliyyətinə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında müəllim kimi başlayıb. 1991-1995-ci illərdə həmin filialın Xarici dillər kafedrasında pedaqoji fəaliyyət göstərib, 1995-1997-ci illərdə isə "Naxçıvan" Universitetinin Bakı filialının Humanitar elmlər kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətini davam etdirib.
2003-cü ildən Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında çalışan H. Əliyeva hazırda həmin kafedranın professorudur.
2012-ci ildə ADU-nun Doktorantura və dissertantura şöbəsinin müdiri, 2016-2020-ci illərdə ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının elmi katibi, eləcə də ADU-nun elmi katibi olub. H. Əliyeva 2016-2017-ci illərdə ADU-da fəaliyyət göstərən Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2024-cü ildə ADU Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilib.
H.Əliyeva 60-a yaxın elmi məqalənin, iki monoqrafiyanın ("Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində filologiya məsələləri"-1999; "Qərbi Avropa epik poeziyasında bədii universallıq və spesifiklik (Qərbi Avropa –Yaxın Şərq paralelliyi əsasında)"-2016), bir dərs vəsaitinin ("Orta Əsrlər Qərbi Avropa ədəbiyyatı tarixi (Orta əsrlər qəhrəmanlıq eposları)"-2008) və bir neçə fənn proqramının ("Dünya ədəbiyyatı"; "İsrail ədəbiyyatı"; "Ədəbiyyat və psixoanaliz"; "Ədəbi komparativistika"; "Dünya ədəbiyyatı üzrə Doktorantura üçün qəbul proqramı") müəllifidir. Onun elmi məqalələri yalnız respublikamızda deyil, ABŞ, Kanada, İngiltərə, Avstriya, Rusiya, Qazaxıstan, Ukrayna kimi xarici ölkələrdə nəşr olunur.
Gənc elmi kadrların hazırlanmasında yaxından iştirak edən alim hazırda çoxsaylı doktorant və dissertantlara elmi rəhbərlik edir. H.Əliyeva ailəlidir, iki övladı var.

Sosial       Tarix: 25 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber cəbhədən son xəbər xeberler azerbaycan hava haqqinda