"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim

Xalq artisti Faiq Ağayev 1991-ci ildən ictimai nəqliyyatdan istifadə etmədiyini açıqlayıb.
"Xəzər axşamı" verilişində qonaq olan sənətçi sonuncu dəfə marşrut taksisindən istifadə etdiyi günü və həmin vaxtdan sonra ictimai nəqliyyata minməməsinin səbəbindən danışıb:
"1990-cı ildən 1991-ci ilə keçid, Yeni il gecəsi... Mən Azərbaycan Televiziyasında Xalq artisti Eldar Mansurovun mənim üçün yazdığı "Ola bilməz" mahnısını oxumağa çıxmışdım.
Yeni il bayramından sonra ayın 3-də dərsə getməyə başladım. 177 nömrəli marşrut taksisi ilə evdən indiki "Cəfər Cabbarlı" metrosuna, oradan da piyada İncəsənət Universitetinə gedirdim. Bu, mənim sonuncu dəfə ictimai nəqliyyata mindiyim gün oldu. Ondan sonra heç vaxt ictimai nəqliyyatdan istifadə etməmişəm.
Ən böyük arzularımdan biri bundan sonra metroya qayıtmaqdır. 1991-ci ildən bu yana metroda olmamışam. O vaxt nə fotoaparat var idi, nə də mobil telefon. Həmin gün hamı məndən imza almağa başladı, hamı məni tanıdı.
Allah can sağlığı versin, Azərbaycan televiziya sənətinin bir magikanı var — Nazim Məlik Zeynalov. Sovet zamanında bütün Yeni il gecələrini o çəkirdi. O məni elə bir zamana salmışdı ki, Yeni il gecəsində hamı baxdı və səhər mən oyandım ki, bütün Azərbaycanda məşhuram". 
/axşam.az / azxeber.com

Şou Biznes       Tarix: 15 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər sou xeberler bugun en son xeberler