Həmrəyliyin bəhrəsini yaşayan xalq

Həmrəyliyin bəhrəsini yaşayan xalqDekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünün 60 illik yubileyini Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində işğaldan azad edilən Qarabağ torpağında qeyd edib. Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak edən dövlət başçısı müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə olacağını bəyan edib.
Hadrut qəsəbəsi 44 günlük Vətən müharibəsinin qırılma nöqtələrindən sayılır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrut əməliyyatının yaxından öyrənilməsinə başlanılıb.
Bu əməliyyat təsadüfi planlaşdırılmayıb. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldırarkən qəsəbənin önəmini belə vurğuladı: "Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi.
Hadrutun terrorçu qruplardan təmizlənməsi sıradan bir əməliyyat olmayıb, öncədən hərbi-strateji plan hazırlanıb və əməliyyat Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb. Azərbaycanın siyasi və hərbi rəhbərliyi dəqiq hərbi plana malik olub və bu strateji plana görə Cəbrayıl rayonu, Cəbrayıl şəhəri, daha sonra isə Hadrutun azad edilməsi əməliyyatına start verilib.
Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də artıq ad günlərini düşməndən təmizlənən torpaqlarımızda qarşılayır. Müzəffər Ali Baş Komandan qəhrəman hərbçilərimizi ziyarət edir, onlarla görüşür, onların qayğıları ilə maraqlanır, zəruri göstərişlərini verir.
Ötən il ad gününü Qubadlı və Zəngilan rayonlarında hərbçilərlə görüşdə keçirən ölkə rəhbəri bu il artıq əsası qoyulan həmin ənənəni Hadrut və Şuşada davam etdirdi. Ötən ildəki kimi, indi də istər Hadrutda, istərsə də Şuşada keçirdiyi görüşlərlə həm xalqımıza, həm də bütün dünyaya mesajlar verdi: Azərbaycan 2021-ci ildə qarşıya qoy-duğu məqsədə nail oldu – 30 il işğal altındakı ərazilərimizi sülh danışıqları heç bir nəticə vermədiyindən güc yolu ilə azad etdi. Azərbaycan lideri öz xalqına, ordusuna arxalanaraq bu vəzifəni reallaşdırdı.
Dövlət başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.
Ali Baş Komandan İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər zamanı burada hərbi hissənin açılışında çıxış edərək, son illər ərzində Azərbaycan ərazisində yeni hərbi hissələrin, hərbi şəhərciklərin salınmasının diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə genişmiqyaslı tədbirlər görüldüyünü bildirdi. Ölkə rəhbəri bununla bağlı dedi: "Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir".
Dövlətimizin başçısı açılışında iştirak etdiyi hərbi hissənin işğaldan azad edilmiş ərazidə Xocavənd rayonunda fəaliyyətə başlamasının çox böyük əhəmiyyət daşıdığını, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini vurğuladı, eyni zamanda, onların mənzil-məişət problemlərinin həllinə indiyədək olduğu kimi, bundan sonra da daim önəm veriləcəyini qeyd etdi.
Naftalan şəhər sakini Səbuhi Qasımov

Siyasi       Tarix: 27 dekabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı

Argentina futbol millisinin dünya çempionatından kənarlaşdırılması tələbi ilə yaradılan petisiyanı indiyədək 2.5 milyondan çox insan imzalayıb. KONKRET.azxəbər verir ki, petisiya saytında yerləşdirilib. Müəlliflər hakimləri

Onlara diplomatik rütbələr verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomati

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynay

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafi


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler dunya xeberleri cəbhədən son xəbərlər 2026 dunyada son xeberler