Həmsədrlərin boşa çıxan səyləri – ŞƏRH

 Həmsədrlərin boşa çıxan səyləri – ŞƏRH Həmsədrlərin boşa çıxan səyləri – ŞƏRH
ATƏT-in Minsk Qrupunun həmsədr institutunun bundan sonrakı statusu və fəaliyyət dairəsi çoxlu suallarla zəngindir. Azərbaycan İkinci Qarabağ Müharibəsində qələbə qazandıqdan sonra həmsədrlər özlərini yeni mandata mindirmək istəyirlər. Lakin səyləri boşa çıxır.
Məsələ burasındadır ki, həmsədrlər – ABŞ, Rusiya, Fransa -  münaqişənin bitdiyi ilə üzdə razıdırlar. Həmsədrlər indi də postmüharibə dövrünün "münaqişəsi"ndən və ya davamlı sülhdən qazanclı çıxmaq niyyətlərini gündəliyə gətirirlər.
Əbəsdir, çünki həmsədrlər özlərinə olan etibarı çoxdan itiriblər. Münaqişə davam edən müddətdə həlledici və əsaslı nəticələrə gətirib çıxaran fəaliyyətləri olmayıbsa, müharibə bitdikdən sonrakı səyləri el dili ilə desək toydan sonra nağaradır.
Həmsədrlərin münaqişə dövründə regiona turist səfərlərinə, şablon bəyanatlar səsləndirməsinə dair uzun-uzadı giriş verməyə lüzum yoxdur.
Münaqişə zamanı ağlabatan praktiki nəticələr əldə olunmasının qarşısında sipər olan həmsədrlərin indiki təlaşı isə anlaşılandır. "Necə yəni, məgər biz bundan sonra heç nə edəsi deyilikmi" – həmsədrlərin özlərinə verdikləri sualları sadə formaya salsaq belə deyə bilərik.
Etibarı sıfırın altında iməkləyən həmsədrlərin perspektiv fəaliyyətinə dair dəqiq izah vermək də çətindir. Prosedura görə, Minsk Qrupunun buraxılması konsensusla həll edilməlidir, bu isə hələlik mümkün görünmür. Səbəbi isə budur ki, Minsk Qrupuna üzv 11 ölkədən dördü – ABŞ, Rusiya, Fransa və Ermənistan bunu istəmir.
Həmsədrlər Vətən müharibəsində də Azərbaycana qarşı qərəz və ədalətsiz mövqe nümayiş etdirib – bu "sülh" bağıran tərəf üçün ziddiyyətin dibidir.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında deyib ki, Minsk Qrupuna həmsədrlik edən ölkələr müharibə gedə-gedə Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını təşkil ediblər.
"Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr", - deyə Prezident bildirib.
Minsk Qrupunun həmsədrləri həm özlərinə vaxt qazanmaq, həm də Ermənistana zaman qazandırmaq üçün 2016-cı il Aprel döyüşlərindən sonra səylərini birləşdirir.
Belə ki, Aprel müharibəsi dayanandan bir ay sonra Vyanada artıq Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüşü keçirilib.
"Nə üçün o vaxta qədər bu səviyyədə görüş keçirilmirdi? Amma Aprel döyüşlərində biz ermənilərin başına bir zərbə vurandan dərhal sonra may ayında görüş keçirildi. İyun ayında Rusiyada Zirvə görüşü keçirildi", - deyə İlham Əliyev söyləyib.
Nəticə kimi deyə bilərik: Ermənistan Bakının təqdim etdiyi fürsətlərdən yararlanmaq əvəzinə, revanşizmi alovlandıracaqsa, Azərbaycan dost və tərəfdaş ölkələrin siyasi dəstəyi ilə bundan sonra da lazım olan addımları atacaq.
Vətən müharibəsində olduğu kimi, burada da Minsk Qrupunun həmsədrlərindən icazə almayacaq.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 13 aprel 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu