Hər 3 qadından biri süd vəzilərindən narazıdır – Bu ölkələr liderdir
Dünyanın 40 ölkəsində 18,500 nəfər müxtəlif yaş qadınlar arasında aparılmış sorğu göstərib ki, hər 3 qadından biri sinəsindən narazıdır. Qadınların 48%-i süd vəzisinin ölçüsünü böyütdürmək istəyir, 26% əlsinə, kiçiltmək arzusundadır. Yalnız 28% qadın sahib olduqları ilə barışır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Anglia Universitetinin alimləri hansı ölkələrin qadınlarının süd vəzilərindən daha çox narazı olduğunu açıqlayıb.
Belə ki, ilk üçlükdə lider ölkələr Misir, Çin və Yaponiyadır. Burada qadınların 90%-i süd vəzisinin təbii görünüşündən narazıdır və böyütmə plastik əməliyyatları rekord qırır. Daha sonra ABŞ, İngiltərə, Ərəb ölkələri, Tailand gəlir.
Kolimbiyada isə qadınların böyük qismi süd vəzilərinə qarşı mənfi fikirdə olmayıblar.
Həkimlər bildirir ki, öz sinəsindən narazılıq bu qadınlarda süd vəzi xəstəliklərinin gec aşkarlanmasına səbəb olur. Çünki onlar güzgüdə sinələrinə baxmır, bundan qaçır, eləcə də özləri toxumaları əlləyib düyün və bərkimələrə diqqət yetirmirlər. Ona görə bu qadınlarda süd vəzi şişləri ağır mərhələdə aşkarlanır.
Hazırda hər 9 qadından birinin süd vəzi xərçəngindən əziyyət çəkdiyini nəzərə alsaq, indiki durumda qadınlar süd vəziləri necə olursa olsun onları müayinə etməli, baxmalıdırlar.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ