Hər daş atana fikir verməyin' - Mənsum İbrahimov
"Cavan vaxtlarımda insanları yaxşı tanımadığım üçün heyfislənirdim. Amma indi hamını olduğu kimi qəbul edirəm".
azxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib.
"Tarixin bir günü" verilişində qonaq olan xanəndə tələbələrinə verdiyi nəsihətdən danışıb:
"Mən insanları olduğu kimi qəbul edirəm. Hz. Əliyə deyiblər ki, "Ən çox pisliyi kimdən gözləyirsən?" O da cavab verib ki, "Yaxşılıq etdiyim insanlardan". Kimin genində pislik etmək varsa, edəcək. Onlardan da incimirəm.
Hər zaman tələbələrimə də deyirəm ki, hər daş atana fikir verməyin, bacarığınızdan da aşağı səviyyədə danışın. Gücünüz nəyə çatırsa, efirlərdə o qədər danışın, böyük-böyük sözlər işlətməyin. Biz də ustadlarımızın yanında belə olmuşuq. Efirdə yayılıb oturub, sənətkara söz demək olmaz. O haqqı qazanmaq lazımdır. Onu da sənə xalq verir. Bu halda çıxıb kiməsə, nəsə deyə bilərsən".
Aysel
Turlar.az [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Tanınmış reperi həbsxanada döydülər
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır