Hər dəliyə girə bilən və məlumat topladıqdan sonra bir düymə ilə əriyən casus robot hazırlanıb - FOTO
Hər dəliyə girə bilən və məlumat topladıqdan sonra bir düymə ilə əriyən casus robot hazırlanıb - FOTO
Tırtıl kimi hərəkət edən, missiyası başa çatdıqdan sonra isə iz buraxmadan əriyən robotlar hazırlanıb.
Unikal ixtiranın müəllifləri Seul Milli Universitetinin alimləridir.
Bildirilir ki, robot "Terminator-2" filmindəki maye robot "T-1000"ə oxşayır.
Məlumata görə, bu möcüzə robotlar silikon qatrandan və ultrabənövşəyi işığa məruz qaldıqda flüor ionlarını buraxan xüsusi plyonkadan hazırlanıb. Normal rejimdə robot sıx konsistensiyaya malikdir. O, ən dar çatlardan keçə bilir.
Robotun missiyası başa çatdıqda insan operator yalnız bir düyməni basır - ultrabənövşəyi işıq-diodlar yanır, bu da robotun əriməsinə səbəb olur. O, iki saatdan az müddətdə əriyir və torpağa tez hopan yağlı bir maye buraxır.
Özünü məhvetmə qabiliyyətinə malik robotlardan kəşfiyyat zamanı istifadə edilə bilər. Robot bütün lazımi məlumatları toplayandan sonra kəşfiyyatçılara onun yox olması üçün sadəcə bir düyməni basmaq kifayət edəcək. Beləliklə, məxfi məlumatların icazəsiz şəxslərə ötürülməsi riski minimuma endirilir.
Bundan əlavə, robotlar təhlükəli yerlərdə axtarış missiyalarında istifadə edilə bilər. Belə ki, missiya başa çatdıqdan sonra robot insanlara təhlükə yaratmadan məhv olur.

Mənbə: Lenta.ru / oxu.az

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Nuran yeni layihəsini təqdim etdi
Prezident polşalı həmkarına məktub göndərdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
Yardımlıda məktəb direktoru vəfat etdi