Hər iki Qarabağ Müharibəsinin şahidləri: "Özünü mina üstünə atanlar da oldu, tank üstünə atanlar da" - VİDEO

Hər iki Qarabağ Müharibəsinin şahidləri: "Özünü mina üstünə atanlar da oldu, tank üstünə atanlar da" - VİDEOHər iki Qarabağ Müharibəsinin şahidləri: "Özünü mina üstünə atanlar da oldu, tank üstünə atanlar da" - VİDEO
Hər iki Qarabağ Müharibəsinin canlı şahidləri, iştirakçıları, qazilərimiz... Hər iki tarixi yaşayanlar... Hər birinin həyatı  ayrıca mərdlik məktəbi, qəhrəmanlıq dastanı, igidlik salnaməsidir.
Qarabağ Əlilləri və Qaziləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyir ki, Vətən Müharibəsi başlayanda qurumun üzvləri könüllü olaraq ön cəbhəyə yollanıblar:
"Biz üç dəfə Müdafiə Nazirliyinə müraciət edib icazə istədik. Ali Baş Komandandan icazə istədik. Bizə dedilər ki, gözləyin, ehtiyac olarsa, mütləq səfərbər ediləcəksiniz. Buna baxmayaraq, bəzi üzvlərimiz özləri ön xəttə gedib xidmət göstərdilər, əllərindən gələni etdilər".
Qazilərimiz bu dəfə əllərinə silah alıb döyüşə bilməsələr də, bacardıqları qədər gənc hərbçilərimizə dəstək olublar. Qazi Hüseyn Allahverdiyev Ağdamın Quzanlı kəndindəndir, onu ikinci dəfə ön cəbhəyə aparan da məhz vətən sevgisi, yurd həsrətidir.
O deyir ki, Azərbaycan əsgərinin ruh yüksəkliyi, texniki təchizat, vahid komandanlıq və koordinasiya bizə zəfər qazandırdı:
"Mən o gənc hərbçilərin gözündə cəsarət gördüm. Biz oraya ölməyə və öldürməyə getmişdik. O vaxt bizim texniki cəhətdən, silah cəhətdən çox korluğumuz oldu. Amma bu millətin, türk oğlu türkün mümkün deyil silahlı-silahsız cəsarətini qırmaq... Mümkün deyil... Özün mina üstünə atan, tank qabağına atan – hər cür igidliyin şahidi olduq!"
Daha ətraflı AZTV-nin videoreportajında:

/oxu.az

Sosial       Tarix: 02 dekabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat ən son xəbər