Hər kəs Gülşənin bu geyimindən danışır - FOTOLAR
Məşhur türkiyəli müğənni Gülşən geyimi ilə yenidən gündəm olub.
Azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur müğənni Gülşən ötən axşam Bursada izləyiciləri ilə görüşüb. Gülşən mahnıları ilə sevənlərini əyləndirərkən, geyim seçimi ilə də gecəyə damğasını vurub.
Müğənni əvvəlki bəzi konsertlərində olduğu kimi iddialı geyimi ilə səhnəyə çıxıb. Dərin yarıqlı, kürəyi və beli dekolteli libas geyinməyə üstünlük verən Gülşənin üslubu sosial şəbəkələrdə də müzakirə olunub. Müğənninin geyimini bəyənənlərlə yanaşı, şişirdilmiş hesab edənlər də olub.
1,6 milyon izləyicisi olan "İnstaqram" hesabında gecədən fotoları yerləşdirən Gülşənin paylaşdığı paylaşımı 95 mindən çox insan tərəfindən bəyənilib.
Qeyd edək ki, Gülşənin "Alaçatı" konsertində geyindiyi libas da uzun müddət müzakirə edilmişdi. Məşhur müğənni reaksiyalardan sonra sosial şəbəkə hesabından mövzu ilə bağlı açıqlama vermişdi:
"Azad bir insan olaraq nə geyinəcəyimə mən qərar verirəm. Gündəmimizdə qadın və kişilərin yaşadığı ciddi şiddət hadisələri varkən, hər iki tərəfin bir-birindən üstün olmadığını qəbullanmaq lazımdır.Mən və Ozan birlikdəyik. Nə edəcəyimizə qərar verəcək yaşda və zəkadayıq. Azadlıqları məhdudlaşdıran hər şeyə qarşı olmalıyıq."- deyə bildirmişdi.
Ayşən Mirzəyeva







Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?