Hər kəsin əldə edə biləcəyi, pulsuz, qadağan olunmayan "narkotik" - FOTO
Aşiq olan şəxslərin beynindəki dəyişikliklər narkotik maddədən istifadə edən şəxslərin beynində baş verən dəyişikliklərlə bənzərlik təşkil edir.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aşiq olmaq insanın beynində bir növ "hormonal fırtına" yaradır. Bu insanlar reallıqlardan uzaqlaşaraq xəyal dünyasında yaşayırlar.
Tomoqrafiya üsulu ilə çəkilən şəkillər sayəsində məlum olub ki, beyindəki hippocampus, nucleus caudatus, putamen və nucleus accumbens adlanan bölgələr aşiq olan insanlarda daha aktiv olur.
Beynin bu hissələri mükafatlandırma mexanizminin, qorxunun müəyyənləşdirilməsi və insanın başqalarını dəyərləndirdiyi bölgələr hesab edilir.
Yeni aşiq olan insanlara sevdikləri şəxsin fotolarını göstərərkən çəkilən tomoqrafiya fotoları sayəsində məlum olub ki, həmin anda beynin bu hissələrinə daha az qan gedir.
Kokain istifadəsi zamanı da beyində buna bənzər reaksiya baş verir.
Beyində baş verən bu dəyişikliklər dopamin hormonu ilə əlaqəlidir. Dopamin insana coşqu, sevinc verən hormondur.
Kokain asılısının kokain tapa bilmədiyi zaman göstərdiyi reaksiya aşiqin tərk edildiyi zamankı reaksiyasına bənzəyir. Bu səbəbdən də tərk edilən tərəf depressiyaya düşür. Depressiyanın səbəbi beynin dopaminsiz qalmasıdır. Belə ki, tərk edilən şəxsin beyninin özünü mükafatlandırma mexanizmi hələ də aktiv halda olur və dopamin ilə mükafatlandırılmasını istəyir.
İsmayıl
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ