"Hərbi əməliyyat aparıb işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik
İşğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik.
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır: "Ermənistan hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadırlar. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq. Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat aparıb işğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik. Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"