Hərbi həkim: "Şuşanın azad edilməsini əməliyyat otağında öyrəndim" - MÜSAHİBƏ + FOTO

Hərbi həkim: "Şuşanın azad edilməsini əməliyyat otağında öyrəndim" - MÜSAHİBƏ + FOTOHərbi həkim: "Şuşanın azad edilməsini əməliyyat otağında öyrəndim" - MÜSAHİBƏ + FOTO
Bir müddət öncə sosial şəbəkələrdə üst-başı qan içində olan hərbi həkimin fotosu gündəm olmuşdu. Həmin həkim ehtiyatda olan mayor Elgün Səmədovdur. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini bitirib. Daha sonra Azərbaycan ordusunda tibb sahəsinə aid müxtəlif vəzifələri icra edib. Ehtiyatda olan mayor kimi ordudan tərxis olunub. Hərbidə olduğu müddətdə Gülhanə Hospitalında ümumi cərrahiyə üzrə  təkmilləşdirmə kursu keçib. Tərxis olduqdan sonra öz ixtisası üzrə çalışıb. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində həkim kimi iştirak edib.
Elgün Səmədovun Oxu.Az-a müsahibəsini təqdim edirik.
- Bir həkim üçün müharibə nə deməkdir?
Mənim dayım uzun illər cərrah olub. Mənim atamın babası repressiya qurbanı olub. Atamın əmisi hərbi həkim olub. 1941-1945-ci il müharibəsində itkin düşüb. Biz onların yolunu davam etdiririk. Daima müharibə arzulamışam. Müharibəni öz ədalətimizi bərpa etmək üçün arzulamışam. Aprel döyüşlərində psixoloji zəmin hazırlandı. Naftalan hospitalında çalışdığım müddətdə bir cərrah kimi mənə çox ehtiyac var idi, amma mən istəyirdim ki, bir günlük ara olsun, təcili tibbi yardım maşını ilə yaralı təxliyəsi edim və azad olunan torpaqları görüm. Çox şükür bu, 2016-cı ildə olmasa da, 2020-ci ildə baş tutdu. 
Hərbi həkim: "Şuşanın azad edilməsini əməliyyat otağında öyrəndim" - MÜSAHİBƏ + FOTO- Vətən müharibəsinə nə vaxt qatıldınız?
Müharibə başlayan gündən Bakıda "Yeni Klinika"da yaralıları qəbul etdik. 5-6 gün keçəndən sonra Füzuli Hospitalına ezam olundum. Orada cərrahiyyə əməliyyatlarına biz cavabdeh idik. Ağır yaralılar gəlirdi, biz müdaxilə etməyə başlayanda, hərbçilərimiz bizi yaxına buraxmırdı. Deyirdi ki, ilk növbədə mənim kiçik əsgər qardaşıma, zabit yoldaşıma kömək edin.
- Ən təsirli məqamı necə xatırlayırsınız?
Şuşa alınan ərəfədə yatdığımızı xatırlamıram. Həmin şəraitdə yatmaq necə ola bilərdi? Ancaq harasa söykənib qısa müddət yata bilərdin. Çətin əməliyyatlarımız çox oldu. Döyüş meydanından çıxarılan yaralıları ilk olaraq bizim hospitala gətirirdilər. Bir hadisə beynimdə həkk olunub. Yaralını Bakıya təxliyəyə hazırlayarkən daxili qanaxma oldu. İki dəfə ard-arda əməliyyat etdim. Qanaxmanı kəsə bilmirdik. Nazik bağırsaqları dörd yerdən zədələnmişdi. Həmin hərbçinin əməliyyatlarına Bakıda da girdim. Ailəsi ilə artıq bir bağ yaranmışdı.
- Ən ağır vəziyyətdə olan xəstəniz kim idi?
Bir yaralı gətirmişdilər, qanaxmanı saxlaya bilmirdilər. Həmin an qərar verilmişdi ki, qolu amputasiya edilsin. Mən təkid etdim ki, amputasiyaya ehtiyac yoxdur. Bu xəstəyə 7-8 saat şans verə bilərik. Bakıda tibbi briqada onu gözləyirdi. Amma deyirdilər ki, qanqren olacaq. Biz həmin xəstəni təxliyə etdik, qolunu qoruduq. Bir ay keçəndən sonra qolunu amputasiya etmədiyimizə görə zəng edib mənə təşəkkür etdi. Yurdumun gözəl insanları! Həkimə qarşı özünü borclu hesab edirdi, amma bu mənim həm vicdani, həm də vəzifə borcum idi.
- Sizin üçün ən unudulmaz an nə idi?
Bir gün çox sayda yaralı qəbul etdik. Bir nəfər daxil olandan emosiyalarına sahib çıxa bilmir. Deyir mənim leytenantım, zabitim hanı? Dedim, sakitləş. Baxıram özü də yaralıdır, ilkin yardım olunmalıdır. Amma dayanmır, eyni sözləri təkrarlayır. Gördüm sakitləşdirə bilmirəm. Tapdım axtardığı adamı. Dedim, bax, sənin zabitin buradadır, yaxşıdır, sağalacaq. Bəlkə də danışığımda tam o hissləri ifadə edə bilmirəm, amma düşündüm ki, bir əsgər zabitini nə qədər çox istəyə bilər ki? Onun özünə tibbi yardın göstərən zaman məlum oldu ki, sən demə, bu əsgər yox, komandirdir, rütbəcə aşağı zabitini, əsgərini soruşur. Onların davranışlarını görsəydiniz, həmin anlardan sonsuz sayda film çəkmək, bir həyat yazmaq və onları bir həyat tanıtmaq olardı. Bəzi səhnələr ömür boyu yadımdan çıxmayacaq.
- Düşmən tərəfdən xəstəniz oldumu?
Düşmən tərəfdən bir-iki müraciət olmuşdu. Əsirlər idi. Onlara ilkin yardım göstərildi. Böyük əməliyyat olmadığı üçün mən iştirak etməmişəm.
 - Hərbçilərimizin ilkin tibbi bilikləri necə idi?
Hərbçilərimizin ilkin tibbi yardım bilikləri kifayət qədər yaxşı idi. Döyüş meydanında öz-özünə yardım var, bir də yoldaşa yardım var. Həmin müdaxilələrin sayəsində yaralılarımızın həyatda qalma şansı artırdı.
- Mülki xəstələrlə hərbi xəstələr arasında hər hansı bir fərq varmı?
Burda mənim fikirlərim bir qədər fərqlidir. Bilmirəm, tənqid olunaram, ya yox, uzun illər o səngərdə olmuş bir adam kimi, bu sözləri deməyə haqqım çatır. Bəli, hərbçiyə edilən tibbi yardım insana başqa motivasiya verir. Ruhunu ayrı cür qidalandırır. Bu bizim borcumuzdur. Buna görə də ürəklə danışa bilmirik, xatirələrimizi dilə gətirə bilmirik. Borcum olduğu üçün əlavə fəxr də etmək istəmirəm.
- Sizə vəsiyyət edən oldumu?
Vəsiyyət edənlər təbii ki, olurdu. Amma mən onların hamısına söz verirdim ki, sən onsuz da yaşayacaqsan, tələsmə. Müharibədə kənara çəkilib, pis olduğum məqamlar olurdu. Yaralı gəlirdi, mümkün olan hər şeyi edirdik, lakin yaralını həyata qaytarmaq mümkün olmurdu. Kənara çəkilib, tənhalıqda bir az özünə qapanıb, sonra yenidən növbəti yaralının yardımına çatırsan. Əslində tibb sahəsində belə sentimental anlar olmamalıdır, amma görəndə ki, yaralını xilas etmək olmur, bu insana ciddi travma yaşadır.
- Ermənilərin məğlubiyyətini nə zaman hiss etdiniz? 
Bilirsiniz, telefon şəbəkələri işləmirdi, televizor yox, internet yox. Mən zəng edib, evdən xəbər alırdım. Ali Baş Komandan çıxış edəcək və s. Biz o qədər həyəcanlı olurduq ki, düşmənin kapitulyasiya aktına imza atdığını əməliyyat otağında öyrəndik. Şuşanın alınmasını isə telefonla öyrəndik.
- Müharibə zamanı ailəniz sizə necə dəstək olurdu?
Bu məsələ çox önəmlidir. İstər-istəməz nigaran qalırlar. Mən gedəndə bircə onu demişdim ki, məndən nigaran qalmayın, səbirlə, təmkinlə gözləyin. Çox sağ olsunlar, nigaran qalmaqlarını mənə hiss etdirmədilər. Bir də qızımın yazdığı məktub var idi. Məktubda deyirdi: "Mənim atam həkimdir, mənim atam yüzlərlə yaralını xilas edəcək, amma sən əsgərsən, orada vuruşursan, sən hamımızdan dəyərlisən, çünki sən milyonlarla insanı xilas edəcəksən".
Hərbi həkim: "Şuşanın azad edilməsini əməliyyat otağında öyrəndim" - MÜSAHİBƏ + FOTOMüharibə mənim bütün həyat fəlsəfəmi dəyişdi. İndi deyirlər ki, mən müharibədə iştirak etmişəm, qaziyəm. Elə etmək lazımdır ki, onlar bu sözləri deməsin. Onlara böyük diqqət göstərmək lazımdır. Mən bilirəm indi bu sahədə iş gedir, hər şey daha yaxşı olacaq.
- Qazilərimizə, şəhid ailələrinə sonda nə demək istəyirsiniz?
Şəhid olan həmkarlarıma Allahdan rəhmət diləyirəm. Birmənalı demək istəyirəm ki, mən də onların yerində olmaq istəyərdim, amma cərraham, arxada durmalı oldum, yaralıları qəbul etməli idim.
Şəhidlərimiz və qazilərimiz qürur mənbəyimizdir. Onlar həqiqətən də qəhrəmandır. Bayrağımız ucalırsa, fəxrlə Azərbaycanlıyıq deyiriksə, hamısı onlara görədir. 
Almaz Qasımova

Sosial       Tarix: 08 may 2021
f Paylaş

Oxşar xəbərlər

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı

70 yaşlı milyarder Araz Ağalarovun 27 yaşlı xanımı Alyona Ağalarova ilk dəfə şəxsi biznesindən söz açıb.  Spletnik-ə istinadla xəbər verir ki, o, müsahibəsində qeyd edib:. "Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyaclarımda

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Meteohəssas insanların nəzərinə

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler ən son xəbərlər cəbhədən son durum son.xeber