Hesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarladı

Hesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarladıHesablama Palatası 2025-ci il üçün İş Planına əsasən Dövlət Turizm Agentliyində 2021–2024-cü illəri əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.
azxeber.com Palataya istinadən xəbər verir ki, audit dövlət vəsaitinin və dövlət əmlakının idarə olunmasının qanunvericiliyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyıb.
Audit nəticəsində aşağıdakı əsas nöqsanlar aşkarlanıb:
Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.
Azərbaycan Dövlət Turizm Agentliyi haqqında Əsasnamə"də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis (kadr) hazırlığı nəzərdə tutulmadığı halda, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universiteti arasında İMC Transmilli proqramın tərtibi və həyata keçirilməsinə dair bağlanılmış müqavilələrə əsasən 2021-2023-cü illərdə ümumilikdə 899,5 min manat büdcə vəsaiti ödənilib.
Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən 330 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatının tələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatın paraqrafları üzrə xərclənməyib.
Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qoruğunun ərazilərində toplanmış zibil, xəzəl, məişət tullantılarının yığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi, budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalma müqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabına aparılmalı olduğu halda Agentlik auditlə əhatə olunan dövr ərzində 835,5 min manat məbləğində vəsait ödəyib.
Agentlik "Azərbaycan Turizm Bürosu" və "Qoruqların İdarəetmə Mərkəzi"nə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18,5 milyon manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.
"Büdcə sistemi haqqında" qanunun tələbini pozan Agentlik vəsaitlərin akkreditiv hesablarda saxlanılmasına yol verib, bəzi hallarda vəsaiti büdcəyə qaytarmayıb. Akkreditiv hesablarda saxlanılmış vəsaitin 3 milyon 89,7 min manatı 2022-ci ildə, 8 milyon 789,2 min manatı 2023-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmış (icra edilmiş), ilin sonuna qalan 965,4 min manat vəsaitdən 921,8 min manatı isə 2024-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmaqla cəmi 43,5 min manatı büdcəyə qaytarılıb.
Auditin əhatə etdiyi illərdə Agentliyin mühasibatlığında sabit mühasibat uçotu proqramı mövcud olmamış, dövr ərzində işçilərin əməkhaqqının hesablanması, debitor və kreditorların, anbarın, əsas vəsaitlərin və material ehtiyatların uçotunun aparılması, memorial orderlərin işlənilməsi və dövriyyə cədvəlinin hazırlanması müvafiq cədvəl proqramının köməyi ilə həyata keçirilmişdir. Bu, öz növbəsində, maliyyə hesabatlarında təhriflərin də formalaşmasına şərait yaradıb.
Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavə vəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub.
Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzi hallarda qüvvədə olan norma və tələblərə əməl olunmamış, bu və müqavilədə nəzərdə tutulmuş şərtlərin icra edilməməsi artıq dövlət vəsaitinin icrasına səbəb olub.
Müqavilə öhdəliklərinin icra vəziyyətinə nəzarət olunmaması, eyni zamanda, xarici ölkələrdə təbliğat xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmaların, son nəticədə isə bu istiqamətdə fəaliyyətin nəticəliliyinə təsir göstərib və vəsaitlərin vaxtında icra edilməsi imkanlarını məhdudlaşdırılıb.

Sosial       Tarix: 30 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

"WhatsApp"da yeni funksiyalar

"WhatsApp" istifadəçilərin gündəlik həyatını asanlaşdırmaq məqsədilə yeni funksiyalar paketini istifadəyə verib. Yeniliklər istifadəçilərə müxtəlif platformalarda ünsiyyəti daha rahat və fasiləsiz davam etdirməy

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər. "Trend"ə istinadla xəbə

Kompüter qarşısında çalışanların nəzərinə

Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq, quruluq, yanma və ağrıya səbəb ola bilər. Xüsusilə ekran qarşısında fasiləsiz qalmaq göz əzələlərinin gərginləşməsinə gətirib çıxarır. Mütəxəssislə

Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama

İstirahət mərkəzləri, hotellər və ya turizm xidmətləri üçün bazar qiymətindən xeyli aşağı məbləğ təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş alınması, lakin sonradan xidmətin göstərilməməsi və ya ümumiyyətlə belə təklifi

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. xəbər verir ki, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildə

Sabah 39 yaşayış məntəqəsində işıq olmayacaq

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. xəbər verir ki, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir. Bununla əlaqədar saat 11:00-dan 13:00-də

Azərbaycanda kimlər əsgərliyə çağırılmır?

Azərbaycanda qanunla aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 22.1-c

Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı - FOTOLAR

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. xəbər verir ki, hadisə rayon ərazisində, "Narbağı" adlanan sahədə park salınması zamanı qeydə alınıb. Belə ki

Vital Hospitalda ölən körpə zirzəmiyə atılıb? - Nazirlik məlumat yaydı

Vital Hospitalda ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə hospitalla bağlı yayılan məlumat Səhiyy


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi cəbhədən son vəziyyət sou xeberler bugun hava haqqinda