Həyat yoldaşından ayrı qalan Nadir ağladı - Foto
"Bizim ailədə qız olmayıb. Harada qız görürdüm, gözüm yaşarırdı. Arzulayırdım mənimdə qızım olsun belə geyindirərdim, nazını çəkərdim. Allah vermədi".
azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Söhbət musiqidən gedir" proqramında deyib. Sənətçi bir neçə ay əvvəl evləndirdiyi oğlu Loğmandan danışıb. Nadir gəlini ilə münasibətindən söz açıb:
"İndi ailəmizə gələn Əntiqəmiz mənim qızımdır. Ona gəlinim, Əntiqə demirəm. Ona "qızım" deyirəm. O isə mənə "Nadir müəllim" deyir. Xoşdur... Deyirəm, əsas həyat yoldaşını sev. O qədər razıyam ki, hər gün iki dəfə zəng edir. Yoldaşım Moskvada Əzizin (ikinci oğlu - red.) yanındadır. Evdə təkəm, istəmirəm yük olam. Zəng edir ki, yemək yeməmişik, sizi gözləyirik. Deyirəm, narahat olmayın, getmirəm".
Nadir nəvəsi üçün aldığı qızıl əmzikdən söz açıb:
"Yoldaşımla xaricə gedəndə həmişə uşaq mağazalarına giririk. Nəsə alırdıq, həvəsimiz var. Bilirsiz, evdə nə qədər uşaq paltarı var? Qızıl əmziyi də 10 il əvvəl almışıq. Qismət olsun...
Oğullarımın heç biri mənə kömək etməyib, istəmirəm də... İçimdə gənclik var, bütün çətinlikləri özüm atlayıram. Gəlib hansısa bir pillədə varamsa, Allahıma minnətdaram. Güclü insanam, sınmaqdan qorxmuram.
Təşəkkür görməyən insanam. Bunu görməyəndə həyatdan küsürsən. Səhər yuxudan oyananda hamı deyir, Allahım, mənə ruzi ver. Mən deyirəm ki, Allahım, mənim canımı al. Axı yaxşılıq edirəm, qarşılığını ala bilmirəm".
Həyat yoldaşı Sevincdən bir müddətdir uzaq qalan Nadir "Yeri görünür. O gün deyirəm, Sevinc necə yerin görünür sənin" sözlərini söyləyib və ağlayıb.

Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü