Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında beşinci dəfə ən yaxşı hava limanı seçilib - FOTO
Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında beşinci dəfə ən yaxşı hava limanı seçilib - FOTO
Heydər Əliyev Beynəlxalq Aeroportu Mərkəzi Asiya və MDB üzrə ardıcıl olaraq beşinci dəfədir ki, ən yaxşı hava limanları reytinqinə başçılıq edir.
Bu barədə "Azərbaycan Hava Yolları"nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın əsas hava limanı növbəti dəfə nüfuzlu "Skytrax" beynəlxalq agentliyinin qiymətləndirməsinə görə "World Airport Awards 2022" "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı" mükafatına layiq görülüb. Hava limanları üçün bu mükafat sənayenin keyfiyyət etalonudur.
Həmçinin bu il ilk dəfə olaraq Bakı hava limanı daha bir mühüm nominasiyada – "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti" nominasiyasında qalib olub.
"Biz şadıq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərə göstərilən yüksək səviyyəli xidmət növbəti dəfə ən yüksək qiymətə layiq görülüb. Təqdim edilən mükafatlar bir daha Azərbaycanın aviasiya sənayesinin inkişafına göstərdiyimiz xidmət və töhfələrimizin xarici həmkarlarımız tərəfindən təsdiq olunduğunu sübut edir", - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirdi.
2022-ci il üçün Skytrax mükafatları dünyanın 100-dən çox ölkəsində 2021-ci ildən 2022-ci ilədək 8 ay ərzində keçirilən World Airport Survey sorğusuna əsaslanır. Sorğu zamanı hava limanlarında sərnişinlərə göstərilən xidmətin və hava limanı xidmətlərinin keyfiyyəti qiymətləndirilib.
Bu xidmətlər sırasında əsas səmərəlilik göstəriciləri üzrə sərnişinlərin qeydiyyatı, gəlmə və transfer zonaları, təhlükəsizliyə nəzarət, alış-veriş, pasport nəzarəti və uçuş prosedurları əsas meyar kimi seçilir.
"Skytrax"ın "World Airport Awards" mükafatı beynəlxalq mülki aviasiyada ən nüfuzlu mükafatlardan biridir.
Hava limanlarının reytinqi xidmət keyfiyyətinin qiymətləndirilməsinin tədqiqi vasitəsilə formalaşır, hava limanları çoxsaylı meyarlar əsasında qiymətləndirilir.
Yoxlama və təqdim olunan mükafat hava limanının nəzarətindən və ya müdaxiləsindən asılı deyil və, nəticə etibarilə, hava limanının üstünlüyünün və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir.

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi