Heyrətamiz gəlişmə: Kreml nümayəndəsi Azərbaycana barışıq mesajı göndərdi

Heyrətamiz gəlişmə: Kreml nümayəndəsi Azərbaycana barışıq mesajı göndərdiRusiya Prezidenti yanında beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndə Mixail Şvıdkoy Yaponiyaya səfəri zamanı rus jurnalistləri ilə söhbətində Azərbaycanla bağlı diqqətçəkən açıqlama verib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya ilə Azərbaycan arasında informasiya müharibəsinin kəskinləşdiyi bir vaxtda Kreml rəsmisinin bu mövqeyi sensasion bəyanat kimi dəyərləndirilir.
Şvıdkoy bildirib ki, Rusiya və Azərbaycan kimi yaxın qonşular bütün gərginliklərə baxmayaraq, ikitərəfli münasibətlərdə müsbət məqamları önə çıxarmalı və mədəni dialoqu bərpa etməyə çalışmalıdırlar.
Onun sözlərinə görə, SSRİ dağılandan sonra yaranmış müstəqil dövlətlərin artıq 35 ildir öz mədəni siyasəti var və Moskva bu siyasətə hörmətlə yanaşmalıdır:
"Əgər biz istəyiriksə ki, bizim mədəni siyasətimizə hörmətlə yanaşılsın, onda gərək biz də onların mədəni siyasətinə hörmət edək. Məncə, qarşılıqlı ittihamların hiddətini azaltmağa dəyər".
O, həmçinin Azərbaycanın "Intervideniya-2025" beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Şvıdkoy qeyd edib ki, bu cür qərarlar hər bir ölkənin daxili siyasəti ilə bağlıdır və kənardan təzyiq göstərmək doğru deyil.
Rusiya rəsmisi Azərbaycanın təyyarə hadisəsi ilə bağlı mövqeyində qaldığını, bunun fonunda isə rus vətəndaşlarının taleyi ilə bağlı problemlərin mövcud olduğunu xatırladaraq deyib:
"Lakin mən düşünürəm ki, biz hələ də bu çətinliklərə baxmayaraq qarşılıqlı maraqların mövcud olduğu dünyada yaşayırıq. Coğrafiya – taledir; biz qonşuyuq, siyasi hadisələr necə inkişaf etsə də. Bizim başqa qlobusumuz yoxdur".
Xatırladaq ki, "Intervideniya" müsabiqəsinin mətbuat xidməti TASS-a açıqlamasında Azərbaycan və BƏƏ-nin hələlik rəsmi qərar təqdim etmədiyini bildirmişdi. Rusiya XİN-in humanitar əməkdaşlıq üzrə departament rəhbəri Aleksandr Alimov isə bəyan etmişdi ki, siyahıya bütün ölkələr daxil edilməyib, lakin siyasi motivlərlə heç kimə imtina edilməyib.
Musavat.com yazarına görə, Rusiya ilə Azərbaycan arasında son aylarda informasiya müharibəsi getdiyi bir vaxtda, Moskva rəsmisinin "ittihamların hiddətini azaltmaq" və "mədəni dialoqu bərpa etmək" çağırışı sensasion açıqlama kimi qiymətləndirilir.

Siyasi       Tarix: 31 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun ən son xəbər dunyada son xeberler qurban bayrami 2026