Hikmət Hacıyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır"
"Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir: "Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün bürokratik idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər".
Bu yaxınlarda BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən postmünaqişə, bərpa və quruculuq konsepsiyasına uyğun olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə geniş faktaraşdırıcı missiya həyata keçirildi. Onlar bununla bağlı ətraflı hesabat hazırladılar. Orada diqqəti çəkən iki vacib məqam var – onlar özləri də beynəlxalq ictimaiyyətin nümayəndələri olaraq etiraf edirlər ki, birincisi, bu miqyasda dağıntı olmamışdır, ikincisi isə dağıntıya münasibətdə belə sürətlə yenidənqurma və tikinti layihəsi olmamışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi layihələr beynəlxalq ictimaiyyət tərəfindən də böyük diqqətlə izlənilir", – H.Hacıyev bildirib.
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?