Hikmət Hacıyev: "Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında çox sıx iş qrafiki var

Hikmət Hacıyev: "Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında çox sıx iş qrafiki varHikmət Hacıyev: "Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında çox sıx iş qrafiki var"
Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik sistemində vacib əhəmiyyət daşıyan və mühüm rola malik olan bir tədbirdir. Bu konfransda qlobal təhlükəsizliklə bağlı mühüm məsələlər müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirdə iştirak edir. Dövlətimizin başçısı fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirak edib. Tədbirdə dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, "OPEC+" formatında iştirakı, eləcə də Cənub Qaz Dəhlizi ətrafındakı məsələlər barədə fikirlərini bölüşüb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafikinin olduğunu bildirib. Qeyd edib ki, fevralın 14-də yerli vaxtla saat 07:30-da başlayan iş qrafiki axşam saat 20:00 radələrində başa çatıb. Həmin gün dövlətimizin başçısı 13-14 saatdan artıq vaxt müddətində işləməli olub. Azərbaycan Prezidenti çoxsaylı görüşlər keçirib. Dövlətimizin başçısı, ilk növbədə, Azərbaycana tərəfdaş ölkələrin – Qazaxıstan, Moldova və Əfqanıstanın prezidentləri ilə görüşüb və gündəlikdə duran ikitərəfli münasibətlər müzakirə edilib. Həmçinin Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşlər keçirilib. Prezident İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşdə soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistanın girovluğundan azad olunaraq Azərbaycana qaytarılması məsələsini xüsusilə qeyd edib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda "hamının hamıya" prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Prezidentin köməkçisi Almaniyanın biznes ictimaiyyətinin ölkəmizdə aparılan hərtərəfli islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə böyük marağının olduğunu və bu nöqteyi-nəzərdən səmərəli və faydalı müzakirələr aparıldığını bildirib. Qeyd edib ki, keçirilən görüşlərdə Prezident İlham Əliyevin ölkədə apardığı islahatlar çox yüksək qiymətləndirilir.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, həmçinin görüşlərdə Azərbaycanda 9 fevral parlament seçkilərinin azad, demokratik şəraitdə keçirilməsi, xalqın iradəsini əks etdirməsi münasibətilə dövlətimizin başçına təbriklər çatdırılıb. Bundan başqa, müzakirələr əsnasında Azərbaycanın beynəlxalq münasibətlərdə, eləcə də enerji layihələrində etibarlı tərəfdaş olduğu vurğulanıb və bu etibarlılığın qazanılmasında şəxsən Prezident İlham Əliyevin rolu xüsusi qeyd olunub. /oxu.az

Siyasi       Tarix: 15 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun