Hikmət Hacıyev: "Bir sıra raket atılmış yerlər var ki, onlar bundan sonra müəyyən ediləcək
Hikmət Hacıyev: "Bir sıra raket atılmış yerlər var ki, onlar bundan sonra müəyyən ediləcək"
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrdan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə təcavüz nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən sahibkarlara dəyən ziyanın aradan qaldırılması üçün sərəncam imzalanıb. Bu da bilavasitə ermənilərin Azərbaycanın mülki obyektlərinə qarşı hücumlarının nəticələrinin qiymətləndirilməsi və zərərin aradan qaldırılmasını ehtiva edir".
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində müharibə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən görülən işlər barəsində keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, İlham Əliyevin siyasətində Azərbaycan vətəndaşlarına hər zaman dəstək göstərilməsi prioritet məsələdir:
"2016-ci ildə Aprel döyüşlərində də mülki əhalinin mülkiyyətinə ciddi zərər dəymişdi və bu zərər aradan qaldırıldı. Tovuz hadisələri zamanı da ermənilər Azərbaycana qarşı təxribat etdilər. Bu zaman mülki insanlara dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işlər görüldü".
"27 sentyabrdan başlayaraq ölkəmizə qarşı təcavüzün miqyası daha geniş xarakter daşıyır. Bu müddət ərzində Azərbaycanın mülki və yaşayış evlərinə 30 mindən çox mərmi, 227-dən çox raket atılıb. Bir sıra raket atılmış yerlər var ki, onlar bundan sonra müəyyən ediləcək", - deyə H.Hacıyev qeyd edib.
İlhamə Əbülfət
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR