Hikmət Hacıyev: "Ermənilər revanş barədə düşünəcəksə, bu, onların növbəti tarixi səhvi olacaq" - VİDEO

Hikmət Hacıyev: "Cənab Prezident İlham Əliyevin göstərişi və təlimatlarına uyğun olaraq Azərbaycanın işğaldan azad edilən ərazilərində geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Prezidentimizin də söylədi kimi, Azərbaycan dövlətinin istəyi ondan ibarətdir ki, bizim məcburi köçkünlərin ən tez bir zamanda öz torpaqlarına təhlükəsiz formada qayıtması təmin edilsin".
Bu açıqlamanı "HaberGlobal"a müsahibəsində Füzuli Beynəlxalq hava limanın açılışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib.
H.Hacıyev Ermənistanın yenidən silahlanmağa başlaması ilə bağlı iddiaları da cavablandırıb.
Azərbaycan Prezidentinin müşaviri bildirib ki, əgər bu hərəkətlənmə revanş məqsədi ilə edilirsə, tarixi səhv ilə başa çatacaq:
"Ermənistanın bu gün öz qonşuları ilə sülh içində yaşamasına ehtiyacı var. Biz Ermənistanın silah əldə etməsinə və digər bu kimi fəaliyyətlərinə özü-özünə bir təsəlli vermək kimi qiymətləndiririk. Əgər Ermənistanda kimlərsə revanş barədə düşünəcəksə, bu, onların növbəti tarixi səhvi olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir və bundan sonra da öz sərhədlərini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək".
H.Hacıyev öz müsahibəsində Zəngəzur dəhlizi barədə də danışıb və bildirib ki, Ermənistan bütün məsələlərdə olduğu kimi bu məsələnin həllinə də məntiqsiz yanaşır.
"Zəngəzur dəhlizinin açılması 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmanın tərkib hissəsidir. Bu xüsusda Ermənistanın öhdəlikləri var. Təəssüflər olsun ki, biz Ermənistanda bu mövzu ilə əlaqədar rasional deyil, əksinə qeyri-rasional və məntiqsiz fikirlərin səsləndirildiyinin şahidi oluruq", - deyə H.Hacıyev vurğulayıb.

Siyasi       Tarix: 06 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


yeni xeberler son xeberler azerbaycan xeberleri sosial yardim havanın temperaturu bu gune olan xeberler bugun xeberler