Hikmət Hacıyev: "Ermənistan minalama siyasətini bu gün də davam etdirir"

Hikmət Hacıyev: "Ermənistan tərəfindən minalama siyasəti bu gün də davam etdirilir. Bu barədə də beynəlxalq ictimaiyyətə məlumat verilib".
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşada keçirilən konfrans çərçivəsində bizim humanitar yardım gündəliyimiz də ictimaiyyətin diqqətinə çatdırılır: "Xüsusən Ermənistanın işğal dövründə həyata keçirdiyi vandallıq siyasəti barədə tədbir iştirakçıları məlumatlandırıldı. Onlar yol boyunca dağıdılmış ərazilərlə tanış oldular. Dağıntılarla yanaşı, Ermənistanın bu illər uzunu həyata keçirdiyi minalama siyasəti və bunun nəticəsində Azərbaycanın üzləşdiyi humanitar problemlər, onun təmizlənməsi ilə bağlı problemlər barəsində ətraflı məlumat verilir".
"Bu yaxınlarda "Qisas" əməliyyatı çərçivəsində Kəlbəcər-Laçın istiqamətində bəzi hərbi postlar Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü. Yalnız bir məntəqədə 900-dən artıq piyada əleyhinə mina müəyyən edildi. Bunlar 2021-ci ildə Ermənistan ərazisində istehsal edilib. Bu, onu göstərir ki, Ermənistan riyakarcasına minalama siyasətini hələ də davam etdirir. Həmçinin Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində mövcudluğu və bunun regional sülh üçün yarada biləcəyi potensial risklər, xüsusən də cənab Prezidentin gündəliyində itkin düşən şəxslər mövzusu daim aktualdır. Cənab Prezident tərəfindən xarici tərəf müqabilləri və dövlət başçıları ilə təmasları zamanı bu mövzu davamlı şəkildə qaldırılır. Çünki post-münaqişə reallığında barışığın və ədalətin təmin edilməsinin başlıca meyarlarından biri də məhz itkin düşmüş şəxslər mövzusuna Ermənistan tərəfindən cavab verilməsidir. Buradakı kütləvi məzarlıqların yeri barədə Ermənistan hökumətində məlumat var, amma Ermənistan bunu gizlədir. O yerlər haqqında məlumat verilərək qalıqların ekshumasiyası həyata keçirilərək, DNT analizləri vasitəsilə ailələrə məlumat verilməlidir. Bu məsələ də gündəliyimizdə aktiv mövzu olaraq qalmaqdadır", – H.Hacıyev vurğulayıb.

Siyasi       Tarix: 28 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun bugünkü son xəbərlər en son xeberler bu gun cəbhədən son vəziyyət