Hikmət Hacıyev: "Ermənistan tərəfindən geniş təbliğat aparılır, dezinformasiyalar, manipulyasiyalar var"
"Ermənistan tərəfindən geniş təbliğat aparılır, dezinformasiyalar, manipulyasiyalar var".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"Prezident İlham Əliyev hər zaman vurğulayır ki, nəyi, nə zaman, necə və nə cür etməyi yaxşı bilir və edir. Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsi, Zabux və Sus kəndlərinə ordumuzun yerləşməsi, yəni bu yaşayış məntəqələrinin ölkəmizin tam nəzarətinə keçməsi bunu bir daha göstərir. Ermənistan tərəfindən geniş təbliğat aparılır, dezinformasiyalar, manipulyasiyalar var. Beynəlxalq ictimaiyyət çaşdırılır, yanlış məlumatlar verilir. Orada yaşayan ermənilərin qeyri-qanuni məskunlaşma siyasətinin tərkib hissəsi olduğu, qeyri-qanuni məskunlaşmanın isə Cenevrə Konvensiyası və beynəlxalq hüquqa görə əslində, müharibə cinayəti olması kimi faktlar da beynəlxalq ictimaiyyətə çatdırıldı. Bütün bunların hamısı razılaşmalar əsasında atılmış addımlardır. Bu, üçtərəfli bəyanatda da müəyyən olunmuş şərtlərdən biridir və Azərbaycan Laçın şəhəri üzərində də öz suverenliyini tam şəkildə bərqərar etmiş oldu. Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi və ölkəmizin digər resurslarından istifadə edərək xalqımızı bu hədəflərə çatdırır. Prezidentin dünənki tviti də müharibə dövründə yaşadığımız sevincləri hər bir Azərbaycan vətəndaşına bir daha yaşatmış oldu", – Prezidentin köməkçisi bildirib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?