Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik
Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyini iddia etmişdir. Bu revanşizmin təzahürüdür, yoxsa bunu necə şərh edərdiniz" sualına cavab verərkən bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub etmiş, mütləq hərbi qələbə qazanmış, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoymuş və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib:
"Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf etmişdir. 2023-cü ilin senyabrında həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah edilmiş və Qarabağ tam azad edilmişdir. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və ya qənimət götürülmüşdür.
Həm 44 günlük Vətən müharibəsi, həm də anti-terror əməliyyatı bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir.
Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı