Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb
Oktyabrın 8-də Moskvada Azərbaycan nümayəndə heyətinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko arasında işgüzar görüş keçirilib.
APA-nın Moskva müxbiri Azərbaycanın Rusiyadakı Səfirliyinin Teleqram kanalına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən cari regional məsələlər müzakirə edilib.
"3+3" formatında, Azərbaycan-Rusiya-İran üçlü formatında əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS ilə qarşılıqlı fəaliyyəti və digər məsələlərə xüsusi diqqət yetirilib.
Hikmət Hacıyev Rusiya XİN başçısının müavininə Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesinin gedişi barədə məlumat verərək, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması üçün Ermənistanın qanunvericiliyində mütləq dəyişiklik edilməsinin zəruriliyinə diqqət çəkib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya XİN-in 2-ci Asiya Departamentinin direktor müavini M. Baranov iştirak ediblər. / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb