Hikmət Hacıyev: 'Növbəti mərhələdə diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var
"Ermənistan Azərbaycanın beş bənddən ibarət sülh təklifi üzərində ciddi düşünməli və sülh müqaviləsini imzalamalıdır".
azxeber.com xəbər verir ki, bunu aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev vurğulayıb ki, növbəti mərhələdə diaspor nümayəndələri qarşısında mühüm çağırışlar var.
O vurğulayıb ki, Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin çıxışları informasiya blokadasının qarşısının alınmasında böyük rol oynadı:
"Diasporumuz da bu prosesdə aktiv iştirak etdi. Ancaq bu təbliğat müharibədən sonra da davam edir. Məsələn, bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilir ki, guya işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələr dağıdılır. İşğaldan azad olunmuş ərazilərdə məhz Azərbaycan xalqının mədəni-tarixi abidələrinin dağıdılmasını görmürlərmi? Bu gün Qurultay Şuşada Realnı Məktəbin dağıdılmış binasının qarşısında keçirilir".
Azad edilmiş ərazilərin minalarla çirklənməsindən danışan H.Hacıyev qeyd edib ki, hələ də Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə qədər azərbaycanlının taleyi barədə məlumat verilmir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik